Azərbaycan və Türkiyə məktəblərinin “Məktub qardaşlığı”
Azərbaycan və Türkiyə məktəbləri arasında “Məktub qardaşlığı” layihəsi həyata keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi şagirdlər arasında qardaşlıq və dostluq əlaqələrini inkişaf etdirmək, xalqlarımız arasındakı münasibətlərdə yeni səhifə açmaqdan ibarətdir.
Layihə çərçivəsində Ankara şəhərinin Mamak rayonundakı Əli Kuşçu adına orta məktəbin şagirdləri BŞTİ-nin tabeliyindəki 47 nömrəli tam orta məktəbin II sinif şagirdləri ilə məktublaşırlar. Onlar məktublarında ölkələrinin tarixi, milli-mənəvi dəyərləri, təhsil sistemləri, həmçinin özləri və ailələri barədə məlumatları bölüşürlər.
Eyni zamanda, məktəblilər qarşılıqlı olaraq öz mədəniyyət və adət-ənənələrini əks etdirən əl işlərindən ibarət hədiyyələri bir-birlərinə göndərirlər.
01.02.2019