Təbiət

Marula

Marula (lat. Sclerocarya birrea) Cənubi Afrika meşələrində, Qərbi Afrikanın Sudan, Sahel regionunda və Madaqaskarda bitən orta boylu ağacdır. Ağac tək gövdəli, tac şəkilli başa malikdir. Xallı boz rəngdə qabığı var. 

 

Zürafə, kərgədan və fillər marula ağacının qabığını, yarpaqlarını və meyvələrini yeyir. Fillərin həddindən artıq bu ağacla qidalanması marulanın yayılmasını məhdudlaşdırır. Ağac 18 metrə kimi böyüyür, meyvələri dekabr-mart aylarında yetişməyə başlayır.


Meyvənin C vitamini ilə zəngin olan ləti ağ, qabığı isə açıq sarıdır. Hətta onun tərkibindəki C vitamini portağaldan 8 dəfə çoxdur. Meyvənin içində qoz boyda, sərt çəyirdək var. Bu çəyirdəklər quruduqda toxumlarını tökərək aşkara çıxarır. Çəyirdəyin içində 1-3 toxum olur. Bu toxumlar qoz dadını verir. Bu ağac həmçinin İkiləpəlilər sinfinin Sumaqkimilər fəsiləsinə aid edilir. 
Marula Afrikanın xəzinəsi sayılır.