Cekson buqələmunu
Pulcuqlular dəstəsinə aid fəsilələrdən biri buqələmunlar və ya xamelyonlardır. Cekson buqələmunu da bu fəsilənin nümayəndəsidir.
Vətəni Şərqi Afrika olan bu canlıya Havay, Florida, Kaliforniyada rast gəlinir. Cekson buynuzlu buqələmun, Kikuyu üçbuynuz buqələmun adları ilə də tanınır.
1986-cı ildə Belçika-Britaniya zooloqu Corc Albert Boulenger tərəfindən təsvir edilib. Cins adı Trioceros yunan sözü olub, tri- üç, kéras- buynuz deməkdir. Bu söz erkək buqələmunun başında yaranan üç buynuzla əlaqəlidir. Cekson adı isə ingilis araşdırmaçı və ornitoloq Frederik Con Ceksonun adı ilə bağlıdır.
Cekson buqələmunu Cənubi Keniya və Şimali Tanzaniyada dəniz səviyyəsindən 1.600-2.400 m yüksəklikdə ağaclıq və meşə ərazilərində məskunlaşıb. Erkəklərdə üç buynuzdan biri burnun, ikisi isə gözlərin üzərindədir. Dişilərdə isə ümumiyyətlə buynuz olmur. Əvəzinə burnun üzərində buynuzun izi var.
Yetişkin erkək buqələmun 38 sm, dişi isə 25 sm uzunluqda olur. Lakin səciyyəvi olaraq 15-25 sm olurlar.
Belinin üzərində, onurğa boyunca mişar şəkilli çıxıntılar var və boğaz altı pipik yoxdur. 5 ay sonra yetkin zamana çatır. Erkəklər dişilərdən daha çox yaşayır.
Cekson buqələmunu həşərat, kərtənkələ, kiçik quşlar və ilanlarla qidalanır. Buqələmunların əksəriyyəti yumurta qoyur. Lakin, Cekson buqələmunu diri bala doğur. Bu canlının 5-10 bala doğduğu görülmüşdür.