Xəbərlər

Uşaqlar üçün yeni kitab işıq üzü görüb

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanasının yazıçı-publisisti, şairə Sevinc Ağa Xəlilqızı (Basqallı) ilə birgə həyata keçirdiyi layihə əsasında hazırlanmış “Bu dünyanın fidanları. Дети – сияние планеты” kitab işıq üzü görüb.

 

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitabda Vətənə, torpağa, təbiətə sevgi hissləri aşılanır, uşaq və yeniyetmələrə dostluq, mərdlik, cəsarət, xeyirxahlıq haqqında maraqlı və faydalı məlumatlar verilir. İlk dəfə olaraq oxuculara xeyirxah insan, tanınmış mesenat Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş poema təqdim edilir. Kitab şagirdlər, valideynlər, müəllimlər, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

 

Layihənin rəhbəri, kitabı rus dilinə tərcümə edən və nəşrin redaktoru Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova, məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, rəyçiləri Əməkdar jurnalist Qafar Əsgərzadə, yazıçı-publisist Tahir Cəfərli, Təbrizdən olan yazıçı və naşir Hədyə Zəhra Əhmədi, “Sehirli dünya” jurnalının baş redaktoru Gülzar İbrahimovadır.

 

Kitab UNESCO-nun “İnformasiya hamı üçün” Proqramı Azərbaycan komitəsi və MDB-nin Kitab Yayımı Assosiasiyasının təşkilati dəstəyi ilə hazırlanıb.