Uşaq Kitabxanasında Yeni il şənliyi keçirilib
F.Köçərli adına Respublika Uşaq kitabxanası, uşaqların bayram sevinclərini artırmaq, onları əyləndirmək məqsədi ilə kitabxanada Yeni İl şənliyi keçirib. Yeni il əhval ruhiyyəsi ilə təşkil edilmiş şənliyə müxtəlif yaş qruplarından ibarət uşaqlar qatılıb.
Sevimli nağıl personajları, Şaxta baba və qar qızın qonaqları olan uşaqlar tərəfindən böyük rəğbət və maraqla izlənilib. Sonra F.Köçərli adına Respublika Uşaq kitabxanasının direktoru Ş.Qəmbərova uşaqları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə təbrik edib, onlara xoş arzularını bildirib. Şənliyin sonunda uşaqların hər birinə hədiyyələr təqdim olunub.
26.12.2018