Dünyanın ən zəhərli və ən yırtıcı qurbağası
Zəhərli ox qurbağası (Phyllobates terribilis) dünyanın ən zəhərli heyvanlarından biri hesab edilir. Onun dərisi güclü zəhər qatı - batrakotoksin (Batrachotoxin) ilə örtülüb. Qurbağa 10 adamı zəhərləyəcək qədər gücə malikdir.
Əsrlər boyu Kolumbiyanın yerli embero əhalisi qurbağaların güclü zəhərini oxların ucluqlarına sürtürdülər.
Kolumbiyanın cənub-qərbində tropik meşələrdə məskunlaşan və 2,5 santimetrdən uzun olmayan bu ikihəyatlılar sarı, narıncı və ya açıq-yaşıl rəngdə olurlar.
Alimlər bu qurbağaların zəhəri necə əldə etmələrini hələ də dəqiq müəyyən edə bilməyiblər. Lakin ümumi yayılmış bir fikir mövcuddur ki, qurbağalar zəhəri qidalandığı həşəratlardan hasil edirlər. Tədqiqatçıların rəyinə görə, bu həşəratlardan biri melirid sinfindən olan və qurbağaların dərisində olan həmin toksini hasil edən böcək ola bilər.
Zəhərli ox qurbağaları çox aktiv heyvanlar olduğundan tez-tez qidalanırlar. Üç günlük aclıq isə sağlam qurbağaları nəinki zəiflədə bilər, hətta məhv olmasına səbəb olar.
Dünyanın ən yırtıcı qurbağası isə Afrikanın şərqi və mərkəzi bölgələrində, bataqlıq cəngəlliklərdə yaşayan "öküz" qurbağasıdır. Onun uzunluğu 24 santimetr, çəkisi isə 2 kiloqramdır. Bu qurbağa dünyanın ən yırtıcı və təhlükəli qurbağası sayılır.
"Öküz qurbağası" ölçülərinə görə yalnız Kamerundakı əfsanəvi "qoliaf" qurbağasından geri qalır.
"Öküz qurbağası" qarşısına keçən hər canlını yeməyə çalışır. Onun şikarları arasında balıqlar, kərtənkələlər, quşlar, ilanlar, qurbağalar, hətta əqrəblər də var.
"Öküz qurbağası" çox sürətlə hərəkət edir, tutduğu şikarını dərhal udur. Şikar böyük olanda isə o, "qurban"ını çəkisi ilə əzərək boğmağa çalışır.
20.12.2018