Təbiət

“Philetairus socios” quşu və onun binaya bənzər yuvası

Şəkildəki tikilinin insan işi olduğunu düşünürsünüzsə, yanılırsınız. Bu samanlıq deyil – adi kiçik ictimai toxucu quşlarının “Philetairus socios” ümumi qurduğu yuvasıdır.


Philetairus socios quşlarının binaya bənzəyən yuvalarında 400-ə yaxın quş birlikdə yaşayır. Bu yuvalar yüz illər keçsə də fərqli nəsillər tərəfindən istifadə oluna bilər. 
Bəzi yuvalar o qədər böyük olur ki, inşa edildiyi ağacı sındıra bilir. Çubuq, sarmaşıq və palçıqdan istifadə edərək hazırlanan yuvaların girişi aşağıdandır. 


Girişdə yırtıcılara qarşı təhlükəsizlik sistemi olaraq kəsici çubuqlarla dolu tunellər vardır. Rahatlıqları üçün yuvanın içindəki otaqların döşəməsi çəmənlərlə örtülüdür. 


Qapalı otağlar gecə havalar çox soyuq olarkən, açıq qalan otağlar isə gündüz havalar isti olarkən istifadə edilir.


Quşların öz aralarında münasibətləri sistemli qurduğu yuvalar o qədər dəyərlidir ki, digər quşların da əmək və ya yem qarşılığında bu otaqlarda yaşadıqları bildirilir.