Gözoxşayan gözəlliyə malik Böyük Frederik atı
Böyük Frederik (Frederik the Great) dünyanın ən gözəl atı hesab edilir. Friesian cinsi olan bu atın parlaq qara dərisi, uzun dalğalı yalı və tüklü ayaqları diqqət çəkir. Dünyanın ən gözəl atı Böyük Frederikin adını XVIII əsrdə hakimiyyətdə olan Prussiya Kralının şərəfinə qoyublar. Bu atın milyonlarla dollar qiyməti vardır. ABŞ-ın Arkanzas ştatının şimal-qərbindəki Ozarks bögəsində yaşayan Kim və Steysi Nazariolar Böyük Frederiki 2007-ci ildə Hollandiyadan almışlar. 15 yaşlı Frederikə aylıq qulluq ən azı 4 min dollar tələb edir.
Atın öz Facebook səhifəsi belə vardır. Atın görünüşü: əzələli bədəni, parlaq və uzun yalı görənləri heyran edir.Beləliklə, qeyri-rəsmi olsa da, o, dünyanın “ən gözəl atı” titulunu almışdır.
Friesian atının yalı və quyruğu kəsilmir. Bu atın nəsli Avropanın şimal-qərbində yerləşən Hollandiya krallığının 12 əyalətindən biri olan Frieslanddan gəlib. Eyni zamanda gözəl görünməkləri və güclü quruluşları səbəbi ilə də Avropanın hər yerində kral ailələri bu atlardan arabalarda istifadə edib.
17.11.2018