177 saylı körpələr evi-uşaq bağçasında payız şənliyi
Payızın gəlməsi ilə bərabər bir çox bağça və məktəblərdə payız mövzulu şənliklər keçirilməyə başlayıb.
177 saylı körpələr evi-uşaq bağçasında da payız şənliyi keçirilib. Müəllim və şagirdlərin birgə əməyi nəticəsində ərsəyə gələn şənlikdə uşaqlar bir-birindən maraqlı səhnəciklər, rəqs nümunələri nümayiş etdirib, şeirlər, mahnılar səsləndiriblər.
Şənlik uşaqlarda xoş və yaddaqalan təəsurat yaradıb.
29.10.2018