Qubada məktəbli qızlar arasında futzal turniri keçiriləcək
Oktyabrın 27-28-də Qubada 13 yaşadək məktəbli qızlar arasında futzal turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Quba Olimpiya Kompleksinin idman zalında keçiriləcək yarışda rayonun 9 məktəb komandası iştirak edəcək.
AFFA tərəfindən iştirakçı komandalar formalarla təmin olunacaq. Turnirdə ilk üç yeri tutan komandalar diplomla, qalib komanda isə kubokla mükafatlandırılacaq.
27.10.2018