"Dəfinələr Adası" adlı tamaşa və qum şousu
Noyabrın 17-də Heydər Əliyev Sarayında Rusiyanın “Молчи и танцуй” (“Sus və rəqs et”) teatrı və rəssam Yelena Vedernikovanın təqdimatında, dünya şöhrətli ingilis yazıçı Robert Luis Stivensonun əfsanəvi “Dəfinələr adası” romanı əsasında səhnələşdirilən eyniadlı tamaşa təqdim olunacaq.
Üç yaş və daha yüksək yaşlı uşaqlar üçün nəzərdə tutulan tamaşada müasir rəqsin və qum animasiyasının möhtəşəm sintezi, rəqs hərəkətləri və rəssam əllərinin yaratdığı parlaq sujet nümayiş olunacaq. Bu, tamaşaçılara bu nağıl hekayəni onların qəhrəmanları ilə birgə yaşamağa köməklik edəcək.
Rusiyanın ən yaxşı rəqqaslarından biri olan Yevgeni Yasmakovun iştirakı ilə, tamaşaçılara breakdance, hip-hop, akrobatika, funk və müasir rəqslər təqdim ediləcək.
Tamaşa 16:00-da başlayacaq.
20.10.2018