Dünyanın ən kiçik atı- Falabella
Falabellalar bir çox seçilmiş at cinslərinin xüsusiyyətlərinin birləşdirilməsindən yaranmış xüsusi və nadir at cinsidir.
Bu ad 19-cu əsrin ortalarında (təxminən 1845) at cinslərinin böyüdülməsi ilə məşğul olan Argentinalı Falabella ailəsindən götürülüb. Falabellalar öz hündür və cavan nəsillərinin bütün xüsusiyyətlərini daşımaqla yanaşı, 40-45 ilə qədər uzun ömür yaşayırlar.
Mənşəyinin yaradıcısı Patrik Nevtal olaraq qəbul edilmişdir. O, 102 sm-lik mükəmməl, kiçik atlar yetişdirmişdir. Sonra öz biliklərini kürəkəni Juan Falabellaya, 1905-ci ildə Emilio Falabellaya, 1927-ci ildə isə Culio Sezar Falabellaya ötürmüşdür. Culio bu at cinsinin ən məşhur yetişdiricisidir.
O, 1940-cı illərdə Falabella müəssisələri (Establecimientos Falabella) adlı at cins qeydiyyatı yaratmışdır. 1991-ci ilin əvvəllərində isə müəssisə "Falabella At Yetiştiricileri Birliyi" (ACCF-Falabella Horse Breeders Association) adlanmışdır. Falabella miniatür atları əsl atlardır və poni deyillər, yəni cinsin ən kiçik nümunələri tam ölçülü atın strukturunu və nisbətlərini saxlayır. Digər atlardan fərqli olaraq, Falabellaların 18 əvəzinə 17 fəqərəsi və ən azı bir cüt qabırğası vardır. Qeyri adi xüsusiyyəti bala doğma müddəti digər atlarda olduğundan iki ay artıq ola bilir ( təxminən 13 ay). Balalar 41-43 sm olur. Atların dərisi elastik, tükləri ipək, dırnaqları oval şəkillidir. Əsasən qara və qəhvəyi rəngdə olsalar da, xallı, qara üstündə qəhvəyi xallı və şabalıdı ola bilir. Bu atlar Argentina Ferması tərəfdən nadir hallarda 78 sm-dən hündür yetişdirilə bilər. Müasir Falabellaların hündürlüyü müxtəlifdir. JUANCITO FALABELLA (67 sm), FALABELLA RONCO (71 sm) və FALABELLA MARGOT (80 sm-dir).
02.10.2018