Təbiət

Şəffaf balıq Salfa

Dünyanın ən şəffaf balığı olan “Salpha Maggiore” xüsusi orqanizmi olan nadir bir canlıdır.

 

Salfa qəlsəmələri və ürəyi olan, bədəninin hər iki ucunda dəliklər yerləşən kisəyə bənzər bir balıqdır. Suda üzdükcə dəliklərdən keçən su, balığın içərisində olan filtirlərdə süzülür və yosun, filankton kimi qidaları toplayır. Bu balıqlar bir cinsiyyətlidir. Ona görə də balalarını öz başına çıxara bilirlər.

 

Stüart Freyzer adlı balıqçı Salfanı Yeni Zelandiya sularında tutmuş və demişdir: "Salfa çox güclü, səs-küylü və olduqca şəffafdır. Ona kim baxsa sadəcə kürək nayihəsində kiçik portağal rəngli ləkənin olduğunu görəcək". Sonra balıqçı Salfanı yenidən suya buraxmışdır.


Milli Dəniz Akvariumunun direktoru Paul Coks balığı “Salpha Maggiore və ya Salpha Maxima” adlandırmışdır.