Təbiət

Ən qorxaq heyvan- Vombat

Vombatlar koala nəslinin bir növüdür. Cənub-Şərqi Avstraliya və Tasmaniyanın meşə və dağlıq bölgələrində yaşayırlar. Bir çox özünəməxsus xüsusiyyətləri ilə diqqət çəkən vombatlar çox sevimli, əyləncəli və sakit heyvanlardır. Ot və bitkilər ilə qidalandıqları üçün dişləri çox güclüdür. Eyni zamanda pəncələri və dırnaqları güclü olduğundan yaxşı tunel qaza bilirlər. Torpaq altında qazdıqları tunelin uzunluğu 30 metrə yaxın olur.


1 metr uzunluğu, 25-30 kq çəkisi olan bu heyvanın digər kisəlilərdən fərqi, kisəsinin kürək-bel hissəsində yerləşməsidir. Kisənin kürəyində yerləşməsi torpaq və çamurun oraya daxil olmasını əngəlləyir. Vombat balaları doğulan kimi analarının kisəsinə girər və nadir hallarda beş ay, əsasən isə yeddinci aydan sonra kisədən ayrılıb anadan ayrı, müstəqil yaşayarlar.


Onların ən maraqlı xüsusiyyəti dünyanın ən qorxaq heyvanı adına sahib olmasıdır. Belə ki, kilometrələrcə uzaqda olan təhlükəni hiss edir və huşunu itirir. O qədər qorxaqdır ki, hətta kiçik bir gurultudan qorxu refleksi ilə huşunu itirir. Bu heyvanların ən məşhur, turistlərin marağına səbəb olan digər cəhəti gübrələrinin kvadratşəkilli olmasıdır. Onlar günün böyük bir qismini torpaq altında keçirmələrinə baxmayaraq, 13-15 gün boyunca gübrələmirlər. Daha bir maraqlı xüsusiyyəti isə çox iştahlı olmasıdır. Hətta onların iştahını təsvir etmək üçün Avstraliyada xalq arasında “meyvə xəstələri” deyə bir deyim də vardır.