Təbiət

Dünyanın ən çirkin balığı "Damcı"

Avstraliya və Tasmaniya sahillərində 600-1200 metr dərinlikdə yaşayan, damcı balığı, Avstraliya qayabalığı, qurbağa-balıq adlandırılan bu dəniz heyvanı xarici görünüşünə görə ən eybəcər balıqdır. Ona kədərli balıq da deyirlər. Bu balıq 30 sm-dən böyük olmur.

 

Dünyanın ən kədərli balığı, həm də ən tənbəl balıq statusuna malikdir. Bu balığın qəlsəmələri və əzələ sistemi yaxşı inkişaf etməyib. Çox zəif sürətlə üzən balıq bəzən saatlarla yerindən tərpənmir, sakit öz yemini gözləyir. Kürü tökən “damcı”lar isə balıqlar çıxana qədər kürünün üstündə oturur. Damcı balığı yeyilməsə də, tez-tez digər balıqların ovu zamanı tilova düşdüyünə görə bu kədərli varlıqların nəsli kəsilmək üzrədir.

 

Damcı balığı (Psychrolutes marcidus) - 2013-cü ilin sentyabr ayında Çirkin Heyvanları Qoruma Dərnəyi tərəfindən keçirilən səsvermədə dünyanın ən çirkin heyvanı seçilmişdir. Okeanın 400 metr dərinliyində yaşayır. Həddindən artıq ovlanma bu balıq növünü yox olma təhlükəsi ilə üzüzə qoyur.