Xəbərlər

“Baku Open” beynəlxalq karate turnirinə start verilib

Sentyabrın 28-də Azərbaycan Milli Karate Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 9-cu “Baku Open” beynəlxalq karate turniri start götürüb.

 

AZƏRTAC xəbər verir ki, turnirin ilk günündə fərdi kata və kumite yarışlarında 6-7, 9-11 və 12-13 yaşlı oğlan və qızlar mübarizə aparırlar. Turnirdə Azərbaycan karateçiləri ilə yanaşı, Rusiya, İran, Türkiyə, İsveçrə, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Fransa, Belarus, Gürcüstan və Ukraynadan 100-dən artıq idmançı qüvvəsini sınayır.

 

Qeyd edək ki, beynəlxalq turnirə bir sıra ölkələrin karate federasiyalarının rəhbər və rəsmiləri, o cümlədən keçmiş SSRİ-nin tanınmış karateçiləri, aktyorlar və kaskadyorlar da fəxri qonaq və yarış iştirakçısı kimi dəvət olunublar.

 

Turnirin açılış mərasimi sentyabrın 29-da saat 17:00-da keçiriləcək. Mərasimdə Azərbaycanın idman elitasının nümayəndələri iştirak edəcəklər.

 

Sentyabrın 29-da yeniyetmə, gənc və veteranlar kata yarışlarında, həmçinin kumitedə 14-15 yaşlı yeniyetmə oğlan və qızlar qüvvələrini sınayacaqlar. Tatamiyə, həmçinin 16-17 yaşlı yeniyetmələr də çıxacaqlar.