Təbiət

Qəhvəyi rəngli pandalar

Pandaların heç də hamısı bir-biri ilə eyni olmur. 1960-cı ildə tədqiqatçılar Çinin Qinling dağları yaxınlığında qəhvəyi rəngdə və ağ tükləri olan pandalar kəşf ediblər. Daha əvvəl kəşf edilməsinə baxmayaraq, 2005-ci ildə qəhvəyi rəngli pandalar nəhəng pandaların alt növü olaraq təyin edilib.


Adlarını yaşadıqları bölgədəki dağlardan alan Qinling pandalarının fərqli olmasının səbəbini alimlər ətraf mühitin təsiri və ya fərqli genlərlə əlaqələndirirlər.


Qəhvəyi rəngi pandalardan son 25 ildə Qinling bölgəsində yalnız 7-si qalıb. Qizai yeddinci qəhvəyi rəngli pandadır. Onu alimlər 2 aylıq olarkən Qinling dağlarında təkbaşına zəif halda tapıblar. Dərhal onu Şensi Vəhşi Təbiəti Qoruma Mərkəzinə gətirən tədqiqatçılar onu müalicə ediblər və panda südü ilə bəsləyiblər. Sonradan Qizaini Çinin Şanxi bölgəsinin Fopinq Panda Vadisinə gətiriblər. Qizai Çin dilində “yeddinci oğul” deməkdir. Qizai də digər pandalar kimi sevimlidir. Fopingdən olan 26 yaşlı He Xin 2 ildir burada Qizaiyə baxır. He Xin Qizainin digər pandalara nisbətən daha astagəl olduğunu bildirir.


Bu pandalar da bambuk xoşlayırlar. Onlar günə 20 kq bambuk yeyirlər. Çəkiləri təxminən 100 kq-dır. 


Bu gün təbiətdə 1800-dən artıq panda var. Qanunsuz ovçuluq pandaların sayını bu qədər aşağı salıb.