Ən tənbəl heyvan - Ərincək
Sevimli “Buz Dövrü” (“Ice Age”) cizgi filmindəki Sid obrazındakı heyvanın həyatda yaşadığından xəbərin var? Ərincək (digər adları Folivora və ya Sloth) adlanan bu məməli həyatının çox hissəsini Cənubi və Mərkəzi Amerika tropik cəngəlliklərində ağaclardan asılı vəziyyətdə keçirir. “Sloth slow” sözündən yaranmış mənası “asta”, “yavaş” deməkdir. Aşağı səviyyədə metabolizm və ağır hərəkətlərindən dolayı belə adlandırılıb. Asta hərəkəti səbəbindən torpaq üzərində çarəsiz və köməksiz olmalarına baxmayaraq, suda üzməyi bacarırlar.
Ərincəklər iki sinfə (iki barmaqlı və üç barmaqlı) bölünür və buraya altı növ daxildir. Kiçik qulaqları, yumru başları və uzun ayaqları var. Növlərindən asılı olaraq 60/80 sm uzunluğunda, 3.6 kq-dan 7.7 kq-a qədər olurlar. Digər adı ilə “sloth” adlandırılan məməlilər başlarını 270 dərəcə çevirə bilirlər. Rəngli görməyə sahib olmalarına baxmayaraq, yaxşı görmürlər və eşitmələri də çox zəifdir. Beləliklə, onlar yemək tapmaq üçün toxunur və qoxunu hiss edirlər. Bu məməlilərin yemək menyusuna isə əsasən yarpaqlar, çiçəklər, həşəratlar, meyvələr daxildir.
25.09.2018