Cahangir Məmmədov. Qırmızı şar
Musiqi: Ağabacı Rzayeva
Böyük qardaşım mənə
Bir şar aldı hədiyyə.
Üstünə ulduz çəkib,
Birdən uçurtdum göyə.
Nəqərat:
Şarım qalxdı havaya,
Salam apardı Aya.
Uçdu-uçdu uzağa,
Bapbalaca göründü.
Göyün lap ortasında
Ağ dumana büründü.
Radionu qururam
Oyananda hər səhər,
Görən, nə vaxt şarımdan
Verəcəklər bir xəbər.