Qarışqayeyən
Qarışqayeyənlər (lat. Myrmecophagidae) - dişsiz məməlilər dəstəsinə aid heyvan fəsiləsidir. Üç cinsləri var: kiçik qarışqayeyən, böyük qarışqayeyən və tamandua.
Qarışqayeyən qeyri-adi bir heyvandır. Cücüyeyənlər dəstəsinin nümayəndələrinin hamısında olduğu kimi, boruya bənzər uzun dar çənəsi, kiçik dar gözləri, uzun burnu və uzun, güclü quyruğu var, kiçik ağzında dişi yoxdur. Ucu yapışqanlı uzun dili silindr şəklindədir. Ova yalnız gecələr çıxır. Qabaq ayaqları güclülüyü və iti caynaqları ilə dal ayaqlarından fərqlənir. Qarışqayeyən bu caynaqlarla yeri qazır, özünə yemək tapır, əsasən qarışqa yeyir. Qarışqayeyən rastlaşanda ən iri heyvanlarla da döyüşür.
Qarışqayeyən yumaq kimi yığılıb quyruğu ilə üstünü elə örtür ki, balığa bənzəyir. O, qeyri-adi dilini qarışqaların dərin yuvasına soxub, neçə yüz qarışqanı birdən tutur.
Dünyanın ən pis qoxularından biri kiçik qarışqayeyəndədir. Alimlərin fikrinə görə, kiçik qarışqayeyən skunsdan bir neçə dəfə pis qoxu yayır. Belə qoxu onu yırtıcılardan qoruyur.
Bilirsinizmi ki, məşhur ispan əsilli rəssam Salvador Dali uzun illər it əvəzi qarışqayeyən saxlayıb.
24.09.2018