Təbiət

Sevimli qırmızı kenqurular

Qırmızı kenqurular Avstraliyada ən böyük kenquru ailəsidir. Kenquru öz balasını qarın hissəsində yerləşən kisədə böyüdür. Erkək kenquruların rəngi qırmızıdır. Onlar, həmçinin bumeranq da adlandırılır. Ancaq dişilər boz rəngdə olurlar. Yetkin bir kenqurunun boyu 1,8 metrə qədər uzana bilir.  
 
Kenquruların güclü və uzun ayaqları var. Kenquru qaçarkən uzun quyruğu sayəsində hərəkətlərini tənzimləyir və yavaş hərəkət etdiyi zaman üçüncü bir ayaq kimi ondan istifadə edə bilir. Onlar önündəki qısa ayaqlardan özlərini təmizləmək və qidalanmaq üçün istifadə edirlər. Qırmızı kenqurular altı metrdən də hündürə tullana bilirlər. Bir kenquru sürətlə hərəkət etdiyi zaman çox az enerjidən istifadə edir. 
 
Qırmızı kenqurular tək və ya qrup şəklində Avstraliyanın mərkəzində yaşıl meşələrdə yaşayırlar. Onlar uzun zaman ərzində su içmədən yaşaya bilirlər və lazım olan suyu yedikləri otlar sayəsində əldə edirlər. 
 
Rəvayətlərə görə, səyahətçi Ceyms Kuk Avstraliyaya gəldikdə yerli əhalidən ingilis dilində bu heyvanın adını soruşub. Onlar isə cavabında “qanqaru” deyiblər ki, bu “mən səni anlamıram” deməkdir. Səyahətçilər isə bu sözün həmin heyvana aid olduğunu düşünüblər. Lakin dilçilərin son araşdırmalarına görə, “qanqaru” sözü yerli quuqu-yimitxirr qəbiləsinin dilində “tullanan böyük heyvan” deməkdir.