Təbiət

Günəş sisteminin altıncı planeti: Saturn

Saturn – Günəş sisteminin altıncı planetidir. Böyüklüyünə görə Saturn Günəş sisteminin Yupiterdən sonrakı ikinci planetidir. Yupiter kimi o da qazlardan ibarətdir. Saturnun diametri Yer kürəsinin diametrindən 10 dəfə böyük, təxminən 120 min kilometrdir. Ölçüsünün böyüklüyünə baxmayaraq bu planetdə sutkanın uzunluğu cəmi 10 saat 14 dəqiqədir.

 

Saturn planetinin 60 peyki var. Bu peyklərdən ən tanınmışları Atlas, Prometey, Pandora, Epimetey, Yanus, Mimas və Febadır. Digərlərindən fərqli olaraq Feba peyki planetlə əks istiqamətdə hərəkət edir.

 

Saturnun səthində temperatur Selsi ilə mənfi 188 dərəcədir: bu, Günəşin fəallığının və planetin istilik mənbəyinin nəticəsidir. Bu planetdə hətta Yer kürəsindən görünən və ildırımlarla müşayiət olunan fırtınalar baş verir.

 

Saturnda baş verən ən maraqlı hadisələrdən biri də planetin halqalarla əhatə olunmasıdır. Halqalar hələ 1610-cu ildə Qaliley tərəfindən müşahidə edilmişdi. Onlar müxtəlif sürətlə Saturnun ətrafına dolanırlar. Bəs halqalar nədən yaranır? Sen dəmə, onlar xırda buz və daş hissəciklərindən ibarətdir. Hissəciklər həm xırda toz dənəcikləri, həm də iri qaya parçaları şəklində olur. Saturnun ətrafında bir neçə halqa var. Ortadakı halqa onların ən parlağıdır.