Aşpaz
Aşpazın kim olduğunu hamı, hətta balaca uşaqlar da bilir. Aşpazın sənəti yemək hazırlamaqdır. İnsanlar kafelərdə, restoranlarda, uşaq bağçasından tutmuş məktəb yeməkxanasına qədər onların hazırladığı xörəkləri yeyirlər.
Sizcə kimlər aşpaz işləyə bilər? Yəqin deyəcəksiniz ki, bişirməyi sevən və bacaran hər kəs.
Necə düşünürsünüz, bəs bişirmək asandırmı? Yəqin bu suala da o dəqiqdə cavab verəcəksiniz: Əlbəttə, mənim anam və nənəm hər gün yemək bişirir. Özü də çox dadlı və ləzzətli yeməklər...
Əslində isə yemək bişirmək heç də asan iş deyil! Balaca bir qazanda şorba bişirmək və ya bir tava kartof qızartmaq çətin olmaya bilər. Amma 100 nəfər üçün iri qazanda dadlı yemək bişirmək çox çətindir.
Buna görə də aşpazlar sənətini öyrənmək lazımdı. Kim bu sənəti daha yaxşı bilirsə, hazırladığı yemək də hamınınkından yaxşı və dadlı olacaq.
Böyük yeməkxanalarda, kafe və restoranlarda bütün aşpazlara və hazırlanan yeməklər baş aşpaz nəzarət edir. Aşpazlar təkcə xörək hazırlamırlar. Aşpaz-şirniyyatçı da var ki, tort, piroq, paxlava və digər şirniyyat növləri hazırlayır.
Aşpaz-texnoloq isə məhsulun keyfiyyətinə cavabdehlik daşıyır, həmçinin hazırlanan yeməklərin sayını və çeşidini müəyyənləşdirir.
Aşpaz-kulinar həm bişirir, həm də bişirdiklərini estetik baxımdan gözəl şəklə salır.
Kulinariya məktəblərində oxuyanlar “ Nəyə görə bu sənəti seçdin?” sualına çox vaxt belə cavab verirlər: “Bişirməyi çox sevirəm. İnsanlara ləziz və müxtəlif yeməklər təqdim etmək istəyirəm” .
Təcrübəli aşpazlar isə belə cavab verirlər: “Bizim işimiz insanlara sevinc bəxş etməkdir. Yoxsa nədən aşpazlığı seçək ki?”