Salam Qədirzadə. Burada insan yaşamışdı (8-ci hissə)
Diviziyanın müdafiədə dayandığı on üç gün idi. Bu, döyüşçülərin hamısını bezdirmişdi. Adətən belə vaxtlarda hərbi qanun-qaydanı gözləməyə ciddi nəzarət yetirən komandirlər, əsgərləri hər kiçik şeyə görə danlayırdılar. Səhər Qulamın yaxalığını ağsız və çəkmələrini palçıqlı görən Zaxarçenko onu məzəmmət eləmişdi. İndi nahara gedəcəyindən Qulam yenə leytenantın gözünə sataşacaqdı. Buna görə də iynəsap tapıb yaxasına ağ tikməyə yenicə başlamışdı ki, əynində sarı metal düyməli, iki cibli köynək, ayağında qalife şalvar və zərif uzunboğaz çəkmələr olan Sarışın içəri girdi. Sağ qaşının üstünə tərəf əydiyi qırmızı ulduzlu xəz papağı qıza daha çox yaraşırdı. Azacıq uzanmış saçlarını yenə oğlan sayağı lap gödək kəsdirmişdi.
Salam! deyə o, astanada görüncək əlini gicgahına qaldırıb zarafatla Qulama raport verdi. Döyüşçü Bondarçuk sizin əmrinizi gözləyir! Sonra özünü saxlaya bilməyib qəhqəhə çəkdi. Necədir Yaraşırmı mənə?
Qulam diqqətlə onu süzdü?
Lap qiyamətsən! Əsgərdən çox komandirə oxşayırsan. Bəs şinel vermədilər?
Əynimə gələni olmadı. Hansını geydim uzun gəldi. Bir balacasını tapıb kiçiltdirməyə göndərdilər. Sarışın Qulamın əlindəki iynəsapı görüb soruşdu. O nədir? Nə yamayırsan?
Yaxama ağ tikirəm. Bu gün Zaxarçenko məni danlayıb.
Bacarırsanmı?
Niyə ki, birinci dəfə deyil ki…
Qız da dəcəlliyindən qalmadı.
Belə bilsəydim, elə şinelimi də gətirərdim, sən düzəldərdin, dedi və ucadan, şadlıqla güldü. Sonra Qulama yaxınlaşıb köynəyi, iynəsapı əlindən aldı. Bəri ver, sən get naharını elə.
Bu gün nə hazırlayıblar?
Hər halda Qafqaz kababı deyil. Sarışın keçib telefonun böyründə əyləşərək işə başladı. Borşla kotletdir. Yanında yüz qramı da var.
Daha bu şaxtada onu verməsələr qırılarıq ki! Canımızı qızdıran elə odur.
Bəs onda mən niyə üşümürəm deyə qız başını qaldırmadan soruşdu. Qulam da söz altda qalmadı.
Yəqin ki, səni də daxildən qızdıran başqa bir şey var. Yoxsa mətbəxdən bura qədər şinelsiz gələ bilməzdin.
Mən şinelsiz gəlməmişəm. Gedəndə səninkini geymişdim. Odur, dəhlizdə soyunmuşam.
Bu da məhəbbətdəndir.
Lena ona baxıb, mənalı bir tərzdə gülümsədi. Qızın onsuz da xırda olan gözləri lap balacalaşdı.
Şeytan! dedi. Başqalarının yanında belə danışma!
Daha ondan keçib, Alyonuşka. Uşaqların hamısı bilir.
Nəyi?
Sənin məni sevdiyini!
Sarışın köynəyi qırağa atıb, zarafatla onu vurmağa cumanda, Qulam qızdan cəld tərpəndi. Lenanın biləklərindən yapışaraq, öpdü. Sonra ikiəlli onun çiyinlərindən tutub mavi gözlərinin içinə baxdı və deməyə heç bir söz tapmadı. Sarışın da tez-tez nəfəs alaraq danışmadı. Bir müddət bu vəziyyətdə dayanaraq susdular.
Get naharını elə, deyə haçandan-haçana qız dilləndi. Mənim də yüz qram payımı içginən. Ancaq özünü yaxşı apar. Bildinmi?
Qulam cavab vermədi.
Bildinmi deyə qız bir daha təkrar etdi. Polkovnik, ya Zaxarçenko münasibətimizi başa düşsə, bizi birbirimizdən ayırarlar.
O lap insafsızlıq olar!
İndi adını nə qoyursansa qoy, bunu eləyə bilərlər.
Qulam sifətinə ciddi bir ifadə verdi.
Alyonuşka, polkovnik yox, heç general polkovnik də sevməyi bizə qadağan edə bilməz! O ki, qaldı yerimizi dəyişib birbirimizdən ayırmağa, onu hər zaman gözləmək mümkündür. Əlbət ki, müharibənin axırına kimi həmişə birlikdə olmayacağıq. Bəlkə də həftələrlə, aylarla ayrı düşəcəyik. Bu məni əsla qorxutmur. Təki ölüm bizi birbirimizdən ayrı salmasın, Alyonuşka!
Qulamın sözlərindən qızın gözləri doldu. O, titrək bir səslə dedi
Əgər elə şey olarsa, mən səndən qabaq ölmək istəyirəm.
Qulamın ürəyi kövrəldi.
Sakit ol, Alyonuşka, heç birimiz ölməyəcəyik. Hamımız yaşayacağıq. Hələ qabaqda görəcək işlərimiz çoxdur. Təzədən kəndlər, şəhərlər salacağıq, dağılan körpüləri, yolları düzəldəcəyik…
Mənim ki, əlimdə heç bir sənətim yoxdur, deyə qız bir uşaq sadəlövhlüyü ilə ona baxaraq soruşdu Bəs mən nə iş görəcəyəm?
Qulam zarafata keçdi.
Sən hələlik köynəyimin yaxalığını tikəcəksən, sonra da baxarıq, təzə bir iş tapılar.
Sarışının Qulamla yaxınlığını duyan Sandro da qıza münasibətini dəyişmişdi. Daha otaqda əvvəlki kimi açıq-saçıq söhbətlər eləmirdi. Hətta kəşfiyyat zamanı Bondarçukun kim olduğunu tanımayan serjant o vaxtkı hərəkətlərinə görə indi üzr istəməyə hazır idi. Bir az əvvəl kefdən-əyləncədən uzaq fərasətsiz oğlan hesab etdiyi bu şəxs, indi onun gözündə igid bir qız kimi yüksəlmişdi.
Canımçün, Qulam, Naziko olmasaydı, Sarışını mən səndən qabaq sevərdim! deyə Sandro öz ürək sözünü dostundan gizlətməmişdi. Elə qızla ölümə də getmək qorxulu deyil.
Serjant səhv eləmirdi. Qulam az vaxtda Sarışını uzun illərin yaxın dostu kimi tanımışdı qızın gözlərinə baxanda, ürəyini oxuyurdu. Səhərdən axşamadək bir yerdə olduqlarından, bu beş gün bəlkə də neçə ayların vüsalına bərabər idi. Qulam ürəyinin sirrini saxlaya bilməyib, Sarışın barədə anasına da yazmışdı. Pakizə xala oğlunun bu məktubunu alanda xoşbəxtlikdən Məhbubə evdə olmamış, arvad kağızı poçtalyonun özünə oxutdurmuş və gizlətmişdi. Ancaq nə üçünsə anası oğluna rəyini bildirməmiş, susmuşdu. Qulam bunun səbəbini heç cür anlaya bilmirdi. «Arvadı kağızla başa salmaq olmaz, deyə o düşünmüşdü. Gərək qızı aparım gözü ilə görsün. Görsün ki, ona necə qəhrəman gəlin gətirmişəm».
Buna görə də Qulam sonrakı məktublarında daha bu məsələnin üstünə qayıtmamışdı. Sarışının isə sevincinin həddihüdudu yox idi. Qız, Qulamın yanından uzaqlaşmaq bilmir, nəzərlərini ondan yayındırmırdı. Dünyaya sanki təzədən gəlmişdi. Bəzən növbəsini çəkdikdən sonra da gecəyədək oturub, sevdiyi oğlanın söhbətlərinə qulaq asardı.
İndi sən mənim həm atam, həm də Qulamımsan, deyirdi.
Ana sirrini üç günüç gecə ürəyində gəzdirdi. Oğlundan aldığı sonuncu məktub onu iki od arasında qoymuşdu. Pakizə xala nə edə bilərdi ?Övladından incisinmi? Qulamın ki, anasının niyyətindən xəbəri yox idi. Göz gördü, könül sevdi, daha bundan sonra hər şey artıq, hər söz mənasız deyildimi? O, ürəkdən xoşladığı bir qıza könlünü vermişdi. Yoxsa hər ötəri əhvalatı anasına yazmazdı, utanardı.
İki ildən bəri Məhbubəyə öz gəlini gözü ilə baxan Pakizə xalanın bütün fikirləri qəfildən altüst olmuşdu. «Yaxşı ki, qıza o barədə bir söz deyib, yerdən eləməmişəm. Yoxsa bu xəcalətdən ölənədək qurtarmayacaqdım, deyə arvad, tək evdə əlini dizinə vurub, başını tərpədərək özözünə pıçıldayırdı. Nə yaxşı! Nə yaxşı ki, bunu məndən savayı heç kəs bilmir. Qızın üzünə necə baxardım»
Üçüncü gün ana qəlbi dözmədi. Məhbubəni yanına çağırtdırdı. Qonşu qız içəri gircək, həmişə elədiyi kimi, Pakizə xalanın boynunu qucaqlayıb üzündən öpəndə arvad özünü saxlaya bilmədi, ağladı.
Sənə nə olub, nə xəbər var! deyə Məhbubə təşviş və nigarançılıqla xəbər aldı. Təzə nə eşitmisən?
Heç, bala. Elə səni gördüm, ürəyim kövrəldi. Otursana.
Məhbubə şalını açıb divanda, onunla yanaşı əyləşdi.
Necəsən, quzum deyə arvad qızın fikrini yayındırmağa çalışdı.
Mən yaxşıyam, ana, təki sənin canın sağ olsun. Qulamdan məktub almamısan ki?
Pakizə xala ömründə ilk dəfə yalan söyləməyə məcbur oldu.
Hesabla gərək bu günlərdə gəlsin, dedi və onun üzünə baxmadan əlavə etdi Yenə kağızı gecikir.
Ürəyini sıxma.
Bir qədər ordan-burdan danışdıqdan sonra Pakizə xala Məhbubədən soruşdu
Qızım, sən oxumuş adamsan, necə deyərlər, sənin ayağın biləni mənim başım bilmir. Ağlınca bu dava hələ çoxmu çəkər Beş-on ayamı, bir iləmi, nə vaxta qurtarar?
Məhbubə çıxılmaz vəziyyətdə qaldı. Anaya nə dillə təskinlik verəydi Bu sualın cavabı, hamı kimi, onun özünü də gecəgündüz düşündürürdü. «Müharibə nə vaxt qurtaracaq» Bunu kim bilirdi Hər halda cəbhələrdə odlar, alovlar yatana qədər minlərlə oğullar qurban gedəcəkdi, minlərlə ana qəlbi bala həsrəti ilə yanıb qovrulacaqdı.
Az qalıb, Pakizə xala, deyə qız ona təskinlik verdi. Bu gün-sabah Qulam da gələcək.
Ananın ürəyi yenidən qövr elədi. Bir qədər susduqdan sonra söhbəti fırladıb mətləbə yaxınlaşdı.
Sağlıq olsa, bu il məktəbi başa vurursan, eləmi?
Bəli.
Bilirsənmi, qızım, səni nahaqdan çağırmamışam. Məhbubə diksinən kimi oldu, başını qaldırıb ona baxdı. Arvad sözünə davam etdi. Bu gün sənə bir məsələni açmaq istəyirəm. Yəqin ki, elə özün də duyuq düşmüsən. Mənim ürəyimdə bir arzum vardı. Səni Qulama nişanlamaq istəyirdim… Məhbubənin sifətinə qəribə bir ifadə çökdü. Bunun razılıqmı, narazılıqmı, sevincmi, kədərmi olduğunu təyin etmək çətindi.Pakizə xala bir az da qıza tərəf çəkilib yerini rahatladı.Əlbəttə, atanın, ananın razılığı ilə. Bu barədə indiyəcən hələ heç kimə bir söz deməmişdim. Ancaq işin gedişindən görürəm, mən özlüyümdə nahaqdan bu fikrə düşmüşəm. Yaxşı ki, o zaman Qulama da məsələni açmamışam. Sənin də, namxudamaşallah, vaxtındır. Özün də gözəlgöyçək qızsan…
Yaxşı, ay Pakizə xala. Başqa söz danış, deyə Məhbubə bu söhbətdən darıxırmış kimi gileyləndi.
Yox, qızım. Mən haqqı qoyub, nahaqqın dalınca qaça bilmərəm. Bu saat sənin üçün elçilərin kandar dağıdan vaxtıdır. Dediyim odur ki, kimi könlün qəbul eləsə, get. Dava uzun çəkdi. Hələ kim bilir, Qulam haçan gələcək!.. Eh… dünyanın işlərini bilmək çox çətindir…
Pakizə xala, doğrusu, bu söhbətlər məni heç açmır. Müharibənin bu qızğın vaxtında o barədə hansı axmaq qız düşünər! Bir də, mənim hələ nə yaşım var ki!..
Məhbubə ananın dilindən bu söhbəti ilk dəfə eşitsə də, çoxdan hər şeyi hiss etmişdi arvadın nə fikirdə olduğunu duymuşdu. Əslində elə o, özü də Qulam kimi nəcib bir oğlanla həyat qurmağa razılıq verərdi. Lakin indidən bu barədə fikirləşmək ağılsızlıq deyildimi?
Məhbubə Qulamı lap uşaqlıqdan tanıyırdı. Xasiyyətinə də bələd idi. Fəqət arada heç bir ünsiyyət, qarşılıqlı məhəbbət yaranmadığı halda, oğlana başqa gözlə baxa bilərdimi?
Pakizə xalanın bu günkü məsləhəti qızı pərt eləsə də, üzə vurmadı. «Mənim hələ nə yaşım var ki» dedi və arvadın öz fikrindən belə tezliklə dönməsinə heyfsiləndi.
Pakizə xala söhbətini bitirəndə, sanki ağır bir yükün altından xilas oldu.
Məndən demək idi, əziz balam. İndi öz işinə bax. Gedərsən nə yaxşı, qalarsan nə yaxşı…
Məhbubə arvaddan ayrılanda nə fikirləşdisə, pilləkəndə ayaq saxladı. Qızım məsum sifətinə sanki kölgə çökdü.
Pakizə xala, dedi, xahiş edirəm bu söhbətləri anama danışma. Qoy o, heç nə bilməsin, yaxşımı?
Baş üstə, mənim balam.
Qız getdi.
O, Pakizə xalagildən heç vaxt belə məyus getməmişdi!
SABAHIN HƏSRƏTİ İLƏ
Axşam növbədə başqası durduğundan Qulam üzünü qırxıb, bığlarını səliqə ilə düzəltdi uzunboğaz çəkmələrini silib özünü səliqəyə saldı… Bütün bu işləri gördükcə, çarpayıda oturub avtomatını təmizləyən Lena qıraqdan diqqətlə onu süzürdü.
Qulam papağını gözünün üstünə basıb əllərini şappıldadaraq qıza tərəf döndü.
Alyonuşka, mən hazır! dedi. Gedək!
Lena başının hərəkəti ilə salxım saçlarını üzündən yana atıb, mavi gözlərini ona dikdi.
Hara?
Qulam gülümsədi.
Bilmirsən?
Yox…
Bu axşam səninlə gəzməyə çıxacağıq.
Gəzməyə?
Bəli! Doğrusu, bu xaraba qalmış kilsənin divarları arasında darıxmışam. Çıxaq bir az ətrafı gəzək, dolanaq, görək başımıza nə gəlir.
Qız ona edilən bu gözlənilməz təklifin müqabilində nə cavab verəcəyini bilmədi. Bir neçə dəfə kirpiklərini qırpıb susdu.
Nə var? Fikrə getdin deyə Qulam yaxınlaşıb onun çiyinlərindən tutaraq ayağa qaldırdı. Tez ol, geyin, çıxaq…
Lena boynunu yana əydi
Belə bir işin vardısa, qabaqcadan deyəydin, barı mən də hazırlaşaydım…
Qulam bu sözə özünü saxlaya bilməyib ucadan qəhqəhə çəkdi.
Ay qız, bəyəm bunu qabaqcadan bilib, hazırlaşsaydın neyləyəcəkdin! Sapoqlarını çıxarıb dikdaban tufli geyəcəkdin, yoxsa, soldat şinelini soyunub əyninə ipək koftatuman geyəcəkdin!
Orası elədir… deyə qız mütəəssir halda avtomatını qırağa qoyaraq, başını divara söykəyib sözünə əlavə etdi Bilirsənmi, Qulam, mən heç də geyinmək, düzənmək həsrətində olmamışam. Ancaq, necə deyim, istədiyim odur ki, müharibə qurtarsın bu ağır, boz şineli birdəfəlik əynimizdən çıxaraq, bu silahları tullayaq, yüngülləşək, barı neçə ilin əziyyətindən sonra bir azadə nəfəs alaq…
Fikir eləmə, Alyonuşka, hər şey düzələcək! Azərbaycanlılarda məsəl var, deyərlər, yaman günün ömrü az olar! Müharibədən qalib çıxandan sonra həyat, yaşamaq daha da şirinləşəcək. İnsanlar birbirinin qədrini biləcək. Məhəbbətin, dostluğun, sədaqətin mənası artacaq… Bəli, həqiqət sözümdür! Bugünkü ağır, əziyyətli günlər bizim üçün ən böyük bir həyat imtahanıdır!..
Qulamın, sözünə ara verdiyini görən Lena yaxına gəlib mehribancasına xahiş elədi.
Danış, əzizim, mən belə söhbətləri eşidəndə təsəlli tapıram. Gələcək günlər haqqında yaxşı söz nə desələr, hamısına inanıram…
Qulam Lenanın mıxdan asılmış şinelini götürüb onun üçün tutdu
Elə isə geyin, mənim qəşəng Alyonuşkam, gedək bu söhbətləri bayırda, təmiz havada eləyək.
Qız istəristəməz şinelini geydi, qayışını bağlayıb nə isə düşündü. Sonra üzünü Qulama çevirib bir uşaq sadəlövhlüyü ilə soruşdu
Avtomatımı da götürüm?
Bəli, deyə Qulam yenə zarafatından qalmadı. Kəmərindən tut, əlindən sallat, elə bil o da sənin redikulundur… Bərai ehtiyat, birdən lazım oldu…
Qulam da silahını çiyninə aşırıb dedi:
Qoy mən səndən qabaq çıxım, bizi bir yerdə görməsinlər.
Əvvəl oğlan, ardınca da Lena oğrun addımlarla kilsənin qaranlıq, dolama yollarından keçərək bayırda, hər ikisinə tanış olan yerə hündür dəmir məhəccərin dalına gəldilər. Qulam qızın qolundan tutdu, çiyinçiyinə səssiz-səmirsiz qarlı cığırla addımladılar.
Ətrafda qəribə bir mənzərə vardı. Göylər boz, yerlər ağ idi. Ay haradasa, naməlum bir səmtdə gizlənmişdi. Səmada bir dənə də olsun ulduz görünmürdü. Hava şaxtalı və təmiz idi. Gecənin sakitliyində, ancaq ayaq altında tapdalanan qarın boğuq xışıltısı eşidilirdi.
Sənə soyuq deyil ki
Yox, narahat olma!
Üşüyürsənsə yaxanı qaldırım.
Lena dönüb güldü.
Sən özündən muğayat ol. Mən Ukraynanın qarlı, şaxtalı qışına uşaqlıqdan alışmışam.
Guya indi uşaq deyilsən!
Əlbəttə yox! Uşaq olsaydım səninlə qol-qola görüşəmi çıxardım Lena bir neçə addım yeriyib sözünə əlavə elədi. Ancaq bir tərəfdən fikirləşəndə elə düz deyirsən. Axı mən həyatda nə görmüşəm ki! Ev… məktəb… uşaqlıq yoldaşları… vəssalam! Qız köks ötürdü Eh! Heç kəsin taleyi mənimkinə oxşamasın!
Ancaq mən öz taleyimdən narazı deyiləm, deyə Qulam onun fikrini yayındırmaq məqsədi ilə araya söz atdı. Adam gərək naşükür olmasın. Yanımda sənin kimi göyçək qız. Daha bundan artıq nə istəyirəm!..
Qulam, bu sözlərin komplementdir. Tale məgər təkcə budurmu?
Bəli! Hər şeyin əsası sevgidir! Onsuz hamısı şöhrət, vardövlət, hətta firavan həyat da mənasızdır! Məncə sevgisiz yaşayan insanla daşkəsək arasında heç bir fərq yoxdur! Əsil həyat ancaq ondan sonra başlanır. Bir də mənim fikrimcə, sevgini axtarmaq ağılsızlıqdır! O, özü öz ayağı ilə gəlib səni tapmalıdır.
Lena dirsəyi ilə onu dümsüklədi.
Mənə sataşma, Qulam! Neyləyim, təsadüf belə gətirdi.
Elə mənim də dediyim odur! Alyonuşka, düzü, dərindən fikirləşəndə həyat çox qəribədir! Müharibə bir tərəfdən neçəneçə sevən qəlbləri ayrı salır, digər tərəfdən də yatıb yuxunda görmədiyin bir qızla səni rastlaşdırır…
Qız başını tərpətdi.
Elədir…
Yorulmamısan ki?
Xeyr. Əksinə, çoxdan idi belə şaxtalı havada gəzməyə həsrət idim.
Dala qayıdaq. Kilsədən çox uzaqlaşmışıq.
Geriyə döndülər. Silahları sağ çiyindən, sol çiyinə ötürdülər. Qulam qızın o biri qolundan tutdu. Ətrafda sakitlik idi. Arabir qarşıdan güllə səsləri eşidilirdi. Fişənglər də çox uzaqlarda yanıbsönürdü.
Qulam.
Bəli.
Ağlın nə kəsir Almanların son günlər belə farağat oturmasına necə baxırsan
Fırtınadan qabaq dəniz sakit olar deyirlər. Mənə elə gəlir bu gündə, sabahda möhkəm tozanaq başlayacaq. Açığını bilmək istəsən, elə ona görə də bu axşamı qənimət sanıb səni gəzməyə dəvət elədim.
O dediyin tozanaq nə qədər tez qopsa yaxşıdır!
Niyə ki?
Qurtarardıq bu davanı, evimizə gedərdik, asudə bir həyat sürərdik! Lenanın öz sözü öz qəlbinə toxundu. Eh… Mən də gör nə danışıram! «Evimizə gedərdik…» Mənim evimmi var!
Qulam onun kövrəldiyini hiss etdi. Qolunu qızın boynuna salıb başını sinəsinə sıxdı və kilsənin hasarına çatanda hər ikisi ixtiyarsız ayaq saxladı.
Ürəyini sıxma, Alyonuşka, sən mənimlə Bakıya gedəcəksən. Orada evin də olacaq, mən də həmişə yanında olacağam. İkimiz də oxuyacağıq, ali məktəbi qurtarıb, özümüzə xoşbəxt bir ailə quracağıq…
Kaş o günləri görəydik! Qız bir an ara verib dedi Qulamcan, nə yaxşı ki, biz rastlaşdıq. Yoxsa mən tamam kimsəsiz idim. Heç kəsə ürəyimi aça bilmirdim.
Lena susdu. Qulam da danışmadı. Bir müddət elə beləcə Lenanın başı sevdiyi oğlanın sinəsinə söykənmiş halda qaldı. Qulam papiros çəkmək istədi. Ancaq fikrindən daşındı, köksünə quzu kimi qısılmış Alyonuşkanı özündən ayırmağa ürəyi gəlmədi. Bu vaxt o, asta, incə və titrək bir mahnı eşitdi. Lena oxuyurdu:
Deyin mənə nə oldu,
Səni görəndən bəri
Rahatlığım pozuldu
Səni görəndən bəri…Qəfildən qarşıda partlayan bir mərmi gürültüsü qızın şərqisini yarıda qırdı. Lakin o tərpənmədi. Bu vəziyyətdə dayanaraq sevdiyi oğlanın məhəbbətindən isinib, xumarlanmaq onun üçün hər şeydən qiymətli idi!
Dalısını oxusana, Alyonuşka, niyə susdun?
Cavab gəlmədi.
Qulam onun məhəbbətlə, həzin-həzin oxuduğunu bu gecə birinci dəfə eşitmişdi.
Bayaqdan gözlərini yummuş Lena bütün dünyanı unudaraq ancaq bir şeyi Qulamın soyuq şineli üstən odlu ürəyinin döyüntülərini dinləyir və apaydın eşidirdi. Sanki bu döyüntülər təmiz qəlbin dərinliklərində gizlənmiş sirri morze əlifbası ilə ona diqtə edirdi «Sevirəm! Sevirəm!...» İndi başqa, xəyali bir aləmdə yaşayan Lena üçün müharibə yox idi. O təsəvvüründə özünü, ilk dəfə ayaq basdığı Xəzər sahilindəki qəşəng bir şəhərdə Bakıda hiss edirdi. Bu şəhərin adamları qayğıkeş idi. Burada hamı Lenaya hörmət edir, hər yerdə onu gülər üzlə, şirin dillə qarşılayırdılar.
« Alyonuşka, bizə xoş gəlmisən!» deyirdilər. Qolları açıq ağ paltar, zərif tufli geymiş Lena Qulamla yanaşı addımlayırdı. Vaxtı ilə cəbhələrdə vuruşduğu, ağır, əziyyətli günlər keçirdiyi ona qaranlıq bir yuxu kimi gəlirdi. Lena bu qaranlıqlar içərisində parlayan təkcə bir ulduz görürdü. Bu onun tale ulduzu idi! Qulamın məhəbbəti idi!..
Alyonuşka, yatmısan, nədir?
Lena səsə diksinib başını qaldıranda, yanaqlarında iki damla göz yaşı işıldadı. Qulam ehtiyatla onları silib ikiəlli qızın çiyinlərindən tutdu. Lena da qollarını oğlanın boynuna sarıdı uzun kirpiklərini qaldırıb, ağ sifətində parlayan mavi gözlərini ona dikdi. Baxdı, danışmadı. Ancaq ürək dolusu köks ötürdü. Sonra qeyri ixtiiyari olaraq dodaqları tərpəndi.
Qulam, sən doğrudanmı məni sevirsən Bu mənə yuxu kimi gəlir, heç inana bilmirəm ki…
Lena sözünün dalını gətirə bilmədi. İsti dodaqlarını Qulamın dodaqlarına yapışdırıb öpdü və sonra peşman olmuş kimi ondan ayrılıb qırağa çəkildi əlləri ilə üzünü qapayaraq uşaq təkin ağladı…
Onlar kilsənin həyətinə keçəndə qapıda bir «Villis» maşını dayandı. Lena bunu görcək Qulamdan ayrılıb tez içəri keçdi. Maşından düşən adam yaxına gəldi. Bu, Səlimxanov idi. Qulam özünü göstərməyib aradan çıxmaq istədisə də, bacarmadı. Polkovnik yaxınlaşanda, o, farağat durub salam verdi. Lakin Səlimxanov heç də Qulamın gözləmədiyi kimi hərəkət etdi. Onun kürəyini şappıldadıb güldü
Qulam, səni təbrik edirəm! Onda mənə kələk gəlib dediyin söz yadındadırmı «Mənim üzümü qırxdırmağa macalım yoxdur, sevməyə haradan vaxt tapacağam!» Afərin! Sən başqalarından zirək tərpəndin. Lena Bondarçuk ləyaqətli qızdır! Polkovnik bu sözləri rusca deyil, azərbaycanca dedi.
Qulam donub yerində qaldı. Həm pərt oldu, həm də sevindi.
Səlimxanov trubkasını sümürəsümürə uzaqlaşdı. Bu ilk dəfə idi ki, polkovnik ona «döyüşçü Bədirzadə» yox, sadəcə olaraq «Qulam» deyirdi. Həm də, nə üçünsə azərbaycanca!
…O gecə Lena ilə Qulam cismən Ukraynada, Dnepr sahillərində olsalar da, özlərini ruhən Bakıda Xəzər sahillərində gördülər.
HÜCUMA HAZIRLIQ BAŞLANIR
Çəpgöz aşpazın faciəli ölüm xəbəri ildırım sürəti ilə Semixatkadakı alman soldatlarına yayıldı. Hadisənin Sarışının yaşadığı uşaq bağçasında baş verməsi Xenfeldi təşvişə saldı. Buna görə də, generala heç bir söz demədən, gecə ikən maşina minib məsələni öyrənməyə yollandı.
Geyermanın meyitinə baxan soldatların canına vicvicə dolmuşdu.
Buna nə olmuşdur! Bunu kim öldürmüşdür! deyə Xenfeld özünü həyəcanlı göstərməyə çalışdı.
Cənab kapitan, biz güllə səsinə gəldik. Bura çatanda o hərəkətsiz uzanmışdı.Ətrafda heç kim yox idi.
Xenfeld həyətbacaya göz gəzdirdikdən sonra Sarışının aradan çıxdığını yəqin edib arxayınlaşdı.
Cənab general, deyə o, qərargaha gəlcək fon Bernerə izahat verdi. Məlum olmayan səbəblərə görə azacıq bundan qabaq feldfebel Geyerman öldürülmüşdür.
Öldürülmüşdür! Lənət sənə kor şeytan! Heç nə anlaya bilmirəm! deyə fon Berneri çarpayınsından qalxıb yuxulu-yuxulu soruşdu. Harada Kim öldürmüşdür!
Qatil məlum deyil, cənab general. Geyermanın meyiti kəndin ucqar evlərindən birinin dalında tapılmışdır.
Gecənin bu vaxtında feldfebelin oralarda nə ölümü varmış! deyə fon Berner bir neçə dəfə kirpik çalıb üzünün ətini səyirtdi. Sonra özü öz sualına cvab verdi Yəqin nəfsinin qurbanı olmuşdur, ya arvad axtarırmış, ya da xətrinə toyuqcucü düşübmüş!
Ona mən də şübhə etmirəm. Geyerman son vaxtlarda axşamlar kəndin küçələrində çox dolaşırdı. Ehtimal ki, hansı arvadlasa xəlvəti görüşürmüş. Eşitdiyimə görə bir dəfə də, qərargahın dalında mina partlayan gecəsi onu Katerina ilə tutublarmış. Ancaq bunu sizdən də, məndən də gizlədibmiş.
Kapitan oxu hədəfə vurmuşdu. General qaşlarının altından Xenfeldə baxdı. Bu məsələ özü ilə əlaqədar olduğu üçün danışmadı.
Hər halda yaxşı hadisə deyildir. Bu gün feldfebelə əl qaldıran adam, sabah da başqasına sui qəsd hazırlaya bilər, deyə kapitan özözü ilə danışırmış kimi fon Bernerə eşitdirdi. Yavərin bu sözləri generalın yuxusunu qaçırtdı.
Hər dəqiqə tufəng gülləsindən, mərmi qəlpəsindən ölə biləcəyinə şübhə etməyən fon Berneri qorxudan bir şey vardısa, o da bu cür ağlagəlməz, qəribə təsadüflər idi. General, qərargahın dalında mina partladığını və bir göz qırpımında neçə adamın həlak olduğunu eşidəndən bəri gecələr çox səksəkəli yatırdı. Bəzən yuxuda kiminsə onu boğduğunu, əsir alındığını və yaxud işgəncə ilə öldürüldüyünü görürdü. Son vaxtlar fon Berner ən yaxın yerlərə belə yavərsiz getmirdi. İndi feldfebelin ölüm xəbəri generalın kürkünə birə saldı.
Kənddə partizanlar var! deyə o, qəti inadkarlıqla söylədi. Buna min faiz əminəm! Belə getsə, gectez bizim də başımızı yeyəcəklər.Qərargahımızın rəisi öldürüləndən sonra mən həmişə özünü tək sanıram!..
Mən sizinlə tamamilə şərikəm.
Əmr et, küçələrdəki gecə gözətçilərini çoxaltsınlar. Hansı keşikçinin sahəsində bir hadisə baş versə, onu öz əlimlə güllələyəcəyəm!
Baş üstə, cənab general, ancaq buna soldat çatdıra biləcəyikmi?
Haradan olursaolsun tapmaq lazımdır! Hava qaralandan sonra kənddəki yerli adamlardan biri də bayırda görünməməlidir! Yoxsa hamısını elektrik maşınlannda məhv edib, Dneprə tökdürəcəyəm!
Xenfeld astadan dilləndi.
Hamısı deyəndə ki, Semixatkada cəmisi iyirmiotuz yerli adam yaşayır. Qonşu kəndlərdə də buradakından artıq olmaz. Əksəriyyəti də ya əlsizayaqsız qocalar, ya da yeniyetmələrdir. Doğrusu, onlardan belə şeylər gözləmək də çətindir.
Fon Berner əsəbiləşdi.
Cənab kapitan! Alman zabitinə bu qədər sadəlövhlük yaraşmaz! Sən həyata açıq gözlə bax! Onu bil ki, rusların beli bükülmüş qocaları da, uşaqları da hər yerdə bizə qarşı vuruşurlar. Geyermanın başına gətirilən bu iş, belə qəribəliklər təkcə Semixatkada deyil, qoşunlarımızın müdafiədə dayandığı Dnepr boyunca hər yerdə törədilir. Heç şübhəsiz ki, bu adamlar müəyyən bir yerdən rəhbərlik alırlar.
Fon Berner Semixatkaya gəldikləri az müddət ərzində baş verən hadisələri birbir saymağa başladı.
Qoşun sayıqlığını itirmişdir, cənab general, deyə, Xenfeld onun fikrinə qüvvət verdi. Mən teztez soldatların arasında oluram, onlarla söhbətləşirəm. Əksəriyyətində nə isə bir ruh düşkünlüyü, qələbəyə inamsızlıq əhvalruhiyyəsi var. Təkcə soldatlar deyil, zabitlər belə müharibədən beziblər. Hamı evə getmək, ailəsini görmək arzusu ilə yaşayır. Bunu onlar dildə söyləməsələr də, hərəkətlərindən, baxışlarından aydın oxumaq olur.
General hövsələdən çıxdı. Alt tumanköynəkdə ayağa qalxıb, əsəbi halda stola yaxınlaşdı, papiros qutusundan bir siqar çıxarıb yandırdı.
Elələrini göz qabağında asmaq, güllələmək lazımdır! dedi və dalbadal kirpik çaldı. Mən fürer ordusunun sadiq bir komandiri kimi and içirəm hər kəs çinindən, rütbəsindən asılı olmayaraq, qarşıdakı hücumda soyuqluq göstərsə, yerindəcə gəbərdəcəyəm! O, barmaqlarında istilik hiss edib kibrit çöpünü yerə atdı. Alman qoşunları bütün dünyaya hakim kəsilmək istədiyi bir vaxtda sıravi soldatdan tutmuş generala kimi heç kəs canını əsirgəməməlidir! Soldat müharibədə ölməlidir! Bunu, əlinə silah götürənlərin hamısı bilməlidir! Bütün Avropanı sürətlə adlayan fürer diviziyaları, Rusiyanı da çəkmələri altında tapdalayacaqdır!
Fon Berner hərisliklə siqarını sümürdü. Tez-tez nəfəs alaraq ürəyini tutdu. Sonra stulun söykənəcəyinə geydirilmiş kitelinə yaxınlaşdı, cibindən çıxardığı şüşə qabdakı həblərdən birini ovcuna alıb, ağzına atdı və üstündən su içdi.
Səni min lənətə gələsən, feldfebel! Ölümün də bizə rahatlıq vermədi.
General yerinə təzəcə uzanmışdı ki, telefonun zəngi səsləndi. Dəstəyi Xenfeld qaldırdı.
Bəli, deyə kiminləsə danışmağa başladı və qəfildən sifətinin ifadəsi dəyişdi. Üzünü fon Bernerə tutaraq dəstəyi ona uzatdı. Cənab general, sizi ordu qərargahından çağırırlar!
Fon Berner bir sıçrayışla atılıb telefona yaxınlaşdı. Dəstəyi qulağına tutcaq, tövşüyətövşüyə cavab verdi
Bəli! Bəli! Eşidirəm…
Onun sifətində anlaşılmaz ifadələr gəzdi, qaşları düyünləndi, dodaqları gah aralandı, gah birbirinə sıxıldı. Gicgahlarına tökülmüş saçlarını arxaya hamarlayıb, alnında puçurlanmış tər damlalarını sildi.
Aydındır, cənab generalpolkovnik! Fon Berner dəstəyi yerinə qoyub Xenfeldə baxdı. Biriki dəfə kirpik çaldı, üzünü ətini səyirdib dedi Arxadan bizə yeni qüvvə gəlmişdir. Bu günlərdə hücuma keçməliyik!
Mən bu xəbəri çoxdan gözləyirdim, cənab general! deyə Xenfeld gümrah və şad bir halda səsləndi.
Semixatkada heç zaman belə qaynaşma olmamışdı. Gecə yarıdan keçmişdi. Lakin kənddə bir nəfər də yatmamışdı. Fon Berner yavəri ilə birlikdə maşınını soldansağa, sağdansola sürdürür, hissə komandirlərinə müxtəlif əmrlər verirdi. Diviziyaya təzəcə göndərilmiş minaatanlar, «vanyuşalar», toplar, pulemyotlar xəndəklərdə və kənd qırağındakı dərədə yerbəyer edilirdi. Səsküydən ağız deyəni qulaq eşitmirdi. Uzaqlarda, haradasa «Ferdinant» və «Tiqr» markalı tankların gurultusu torpağın bağrını dəlirdi. Piyadalar patronla dolu yeşikləri səngərlərə daşıyırdılar. Sal buz bağlamış Dneprin o tayından bəri sahilə gələn maşınlar təcili boşaldılıb, təkrarən geri göndərilirdi. Lakin vuruşun nə vaxt başlanacağını hələlik generaldan başqa heç kim, hətta, yavəri Xenfeld də bilmirdi.
Dan yeri sökülənə qədər hər şey hazır olmalıdır! deyə hələ axşamdan fon Berner bütün komandirlərə ciddi tapşırıq vermişdi. Rabitə xətləri, radio stansiyaları saat kimi dəqiq işləməlidir! Əmr edilməyincə bir dənə də güllə, fişəng atılmamalıdır!
Kapitan Xenfeld ikitərəfli həyəcan içərisində idi. Neçə günlərdi ki, qadını barədə heç nə eşitməmişdi. Elzanın əhvalı yaxşılaşdımı, yoxsa daha da fənalaşdımı bundan xəbərsizdi. Bir yandan da bu qarışıqlıq içərisində başını tamam itirmişdi. Hücumun nə vaxt, hansı saatda olacağını öyrənə bilməməsi onu karıxdırırdı. Bunsuz Xenfeldin bütün planları altüst ediləcəkdi.
Çəpgöz aşpazı Sarışının öldürdüyünü və harasa qaçıb gizləndiyini kapitan yəqin bilirdi. Ancaq tezliklə Bondarçuku tapmalı, onunla görüşməli idi.
Generaldan ayrıldıqdan sonra Xenfeld bütün kəndi ayaqdan saldı. Həyətlərə baxdı, evlərə baş çəkdi. Sarışını sanki torpaq udmuşdu!
YETİM QIZIN ATASI
Bayırdan at ayağının səsi gəldi. Səlimxanov işdən ayrılıb pəncərəyə yaxınlaşdı. Qara pərdəni yana çəkib baxanda Zaxarçenkonu gördü. O, atdan enib yüyürəyüyürə qapıya yaxınlaşdı.
Qərargahyanı batareyanın komandiri sizi görmək istəyir, deyə dəhlizdəki növbətçi, polkovnikə məlumat verdi.
Burax gəlsin!
Leytenant təngnəfəs halda içəri girdi. Üzünü Səlimxanova tutaraq əlini gicgahına qaldırdı
Yoldaş qvardiya polkovniki, düşmən haqqında yeni xəbərlər əldə edilmişdir!
Səlimxanov qabağa addımladı.
Buyur, dinləyirəm!
Zaxarçenko tələsik planşetini açdı, çıxardığı vərəqi polkovnikə uzatdı.
«Bakı» stansiyası beşcə dəqiqə əvvəl düşmən diviziyası qərargahından hissələrə verilən bu məlumatı öyrənmişdir. Lakin azacıq sonra rabitə kəsilmişdir.
Kəsilmişdir!
Bəli, telefonçular gedib, xətti dəmir yoluna qədər yoxlamışlar. Qırıq, yəqin ki, o tərəfdə, düşmən zonasındadır…
Polkovnik kağızı açıb baxınca məsələnin nə yerdə olduğunu anladı.
Çox gözəl! deyə o harasa gedəcəkmiş kimi tələsik kitelinin yaxısını düymələdi. Qiymətli məlumatdır!
Bunu mən də hiss etdiyim üçün telefonla xəbər vermədim, özüm gətirdim.
Düşmənin sabah axşamçağı, saat altıda hücuma keçəcəyi aydın edilmişdi.
Ön kəşfiyyat məntəqəsindən apardığımız son müşahidələr də bunu sübut edir! deyə Zaxarçenko həcəyanlı bir səslə əlavə etdi: Bu gün Semixatkada gizli bir canlanma hiss olunur. Bəzi yerlərdə qarın üstündə təzə, qara nöqtələr görünür.
Məsələ aydındır, leytenant! Vaxtı itirmək olmaz. Sən bu dəqiqə xərabəliyə get, on dəqiqədən sonra mən də ordayam!
Zaxarçenko dönüb çıxdı. Diviziya komandiri çarpayısının yanındakı telefona yaxınlaşdı. Dəstəyi götürüb ordu komandirinə vəziyyəti şərh elədi. O, nə əmr aldısa, maşına oturub xərabəliyə yox, təcili olaraq Qızılkilsəliyə sürdürdü.
Səhər saat beş radələri idi. Sübhün gözləri yenicə açılırdı. Dnepr sahilləri yuxudan oyansa da, ətrafda bir qəriblik duyulurdu. Düşmən hissəsində xırda qaraltılar hərəkət edirdi.
Kilsənin qülləsindən müşahidə olunan Sandro, geniş üfüq altında gördüklərini telefonla Sarışına, o da xərabəlikdəki batareya komandirinə xəbər verirdi.
Bir azdan vəziyyətin qəflətən dəyişəcəyini və işin artacağını bilən Zaxarçenko, yanındakı telefonçuların ikisini də dincəlməyə buraxmış, növbədə özü durmuşdu. İndi o, arabir uzaqdanuzağa Sarışınla söhbətləşirdi.
Bondarçuk!
Bəli, yoldaş leytenant.
Yatmaq istəmirsən ki?
Xeyr.
Yorulmusansa Bədirzadəni oyat. Qoy növbədə o dayansın.
Qulam yatmayıb, yoldaş leytenant, kilsənin başında, Meladzenin yanındadır.
Onda çalış, heç sən də yatma. Bir azdan hava işıqlaşacaq.
Saat neçədir, yoldaş leytenant?
Nəyinə lazımdır ki?
Heç, eləbelə maraqlanıram da.
Beşə on beş dəqiqə qalır.
Çox sağ olun.
Qulam durbini gözlərindən ayırmadan qarşıya baxır. Semixatkanın qara bürünmüş evlərini toranlıqda diqqətlə seyr edirdi. O, gecədən Sandronun yanında idi. Əslində papiros çəkməyə çıxmışdı. Sonra söhbətləri şirin olduğundan yuxusu qaçmış və aşağı enməmişdi.
Kəndi qar basdığını görən Qulam Sarışını xatırladı. Sandronun yanındakı telefonun dəstəyini götürdü.
Alyonuşka!
Qız yuxulu səslə cavab verdi:
Qulam, sənsən?
Bəli, mənəm.
Aşağı niyə enmirsən?
Darıxırsan?
Demək olmaz ki, tamam darıxıram. Gəlib bir az dincəlsənə.
Yatmaq istəmirəm. Sənin kəndinə tamaşa edirəm.
Əfsus ki, orada tamaşalı bir şey qalmayıb.
Qulam güldü. Dəstəyi yerinə qoydu. Sandro dönüb dostuna baxdı.
Kef sizdədir, genasvale, dedi və azacıq ara verib soruşdu: Onu çoxmu sevirsən?
Bunu Naziko haqqında mən xəbər alsam, sən nə cavab verərsən
Mən Sandro qulağının dibini qaşıdı. Bir ürək nə qədər bacararsa!
Elə mən də o qədər. Sevginin başqa ölçüsü yoxdur ki?
Eh… Sandro dərindən köks ötürdü. Sən xoşbəxtsən, qatso! Lena yanında, istədiyin vaxt görürsən, danışırsan…
Qulam ona təsəlli verdi.
Az qalıb, sən də gedib görəcəksən, evlənəcəksən… Toyuna məni çağıracaqsanmı
Bu nə sözdür Gecəni səhərə kimi səninlə «Vaxtanquli» sayağı içəcəyəm…
Sağlıq olsun!
Bəs sən deyə Sandro çiyninin üstündən qanrılıb dostuna baxdı. Məni çağırmayacaqsan?
Mütləq! Sənsiz toyun nə ləzzəti! Özün də tamadalıq eləyəcəksən.
Bax, qatso, buna varam! Ən yaxşı bacardığım vəzifə elə odur. Serjant, üzünü Qulama çevirərək, barmaqlarını stəkana oxşar bir şəkildə qatlayıb dedi Əziz dostlar! Bu birinci badələri içirik bu gün toy məclislərinə toplaşdığımız Alyonuşka ilə Qulamın sağlığına! Hər ikisi mənim cəbhə dostlarımdır. Onların məhəbbəti müharibənin odlarından, alovlarından yaranmışdır. Xoşbəxt olsunlar, birgə qarısınlar. Genasvale!.. Sandro sözünü qurtarcaq guya içirmiş kimi əlini ağzına yaxınlaşdırıb başını dala atdı. Qulam nəşə ilə ucadan qəhqəhə çəkdi.
Az iç, keflənərsən!
Sandro fitlə «Suliko» çalaçala stereotrubanın şüşə gözlərindən qarşıya baxdı. Qulam nə üçünsə birdən-birə məyuslaşdı
Mən səni heç vaxt unutmayacağam! Onu bilirsənmi biz ikinci dəfə bu yerlərdə doğulmuşuq, Sandro.
Elədir, deyə serjant işdən ayrılmadan təsdiqlədi. Sağlıq olsun, sən Bakıya, mən Tbilisiyə qayıdandan sonra hər şey düzələcək. Mən yenə Nazikonu yanımda əyləşdirib funikulyora qalxacağam. Ancaq öz şəxsi maşınımda! Daha rulun dalında oturanda içməyəcəyəm… Sən də instituta girib, özün dediyin kimi, jurnalist olacaqsan, yazacaqsan.
Qulam fikirli halda yenə Semixatkaya baxdı. O, Sarışını sevəndən sonra bu kəndin adını da dəyişmişdi. İndi təkcə Qulam deyil, yaxın dostları da ora «Alyonuşka kəndi» deyirdilər. Həm sevinclə, məhəbbətlə, həm də kədər və əziyyətlə bağlı «Aly
onuşka kəndi!»
Birdən Sandro ayağa qalxdı.
O nədir, Qulam! deyə gözlərini stereotrubadan ayırmadan səsləndi. Qulam da durbini qaldırıb baxdı.
Maşındır! Düşmən maşınıdır! dedi. Dostlar səhv eləməmişdilər. Kimsəsiz zonadan bir minik maşını sürətlə bizim tərəfə irəliləyirdi. Sandro cəld telefonun dəstəyini qaldırıb aşağı məlumat verdi.
Dəmir yolunun sağ tərəfi ilə bizə sarı bir düşmən maşını gəlir! Tez batareya komandirinə xəbər elə! Dəmir yolunun sağ tərəfi ilə bizə sarı bir düşmən maşını gəlir!..
Leytenant da həmin səmtə nəzər yetirdi. Meladze yanılmamışdı. Maşın yırğalanayırğalana irəli şığıyırdı.Zaxarçenko Səlimxanovun bu dəqiqə Qızılkilsəlidə olduğunu bilirdi.Təcili ora zəng çalıb polkovniki qaldırdı və məsələni ona xəbər verdi. Səlimxanov «Villis»inə iki nəfər avtomatçı götürüb deyilən yerə getdi.
Sandro da, Qulam da hər şeyi aydın görürdülər. Düşmən zonasından ayrılan maşın yolun yarısında qəfildən dayandı və bu vaxt dalbadal bir neçə güllə səsi eşidildi.
Atdılar! deyə serjant heyrətlə çığırdı. İkicə dəqiqə keçməmiş maşından bir nəfər çıxıb irəliyə doğru yüyürməyə başladı və bizim piyada hissələrin yatdığı səngərlərə az qalmış yerə yıxıldı, hərəkətsiz düşdü.
Özünü də vurdular!
Bizimkilər vurdu! deyə Qulam həyəcanla səsləndi.
Yox, güllə arxadan dəydi!
Qulam kilsədən enib, əhvalatı Sarışına təzəcə nağıl eləmişdi ki, qapıdan bir maşın dayandı.
Bondarçuk! deyə yad bir adam həyətdən çağırdı. Sarışın telefonun dəstəyini Qulama öturüb pəncərəyə yaxınlaşdı.
Kimdir?
Gələn Səlimxanovun şoferi idi.
Polkovnik məni sizin dalınızca göndərdi. Əmr etdi tez maşina oturub, onun yanına gedəsiniz.
Bu dəqiqə!
Qız şinelini geyib, avtomatını götürərək bayıra atıldı.
Nə var ki, bilmirsiniz?
Şofer ona baxıb qımışdı.
Yaman kəmhövsələ adama oxşayırsınız, dedi, Doqquz ay ananızın qarnında necə dözmüsünüz?
Elə məsələ burasındadır ki, mən hamı kimi doqquz ay gözləməmişəm.
Ona görə də belə balaca qalmısınız?
Sarışın da dilini saxlamadı.
Hər halda bunun hazırda sizə zərərdən çox xeyri var. Maşınınıza o qədər ağırlığım düşmür. Yoxsa şinləri partlardı. Şoferin lapdan susduğunu görən qız əlavə etdi. 10!
Sizin xeyrinizə!
Maşın dəmir yolu yaxınlığında kiçik bir təpənin döşündə dayandı.Şofer Sarışını polkovnikin gözlədiyi yerə gətirdi. Yan-yörəsi uçulmuş bu xəndəkdə Səlimxanovdan başqa dörd nəfər də vardı. İki avtomatçı ilə şəfqət bacısı qıraqda dayanmışdı. Xəndəyin küncündə yerə sərilmiş şinelin üstündə isə bir yaralı uzanmışdı. Onun zarıdığını görən Bondarçuk tez qabağa keçdi və qəfildən diksindi.
Kapitan Xenfeld!
Odurmu deyə Səlimxanov pıçıltı ilə soruşdu.
Bəli, özüdür!
Xenfeld göz qapaqlarını ağırağır qaldırıb ətrafına baxdı, nəzərləri Sarışına sataşanda dikəlmək istədi, ancaq bacarmadı.
Kapitan sinəsindən yaralanmışdı. Ancaq yaxasından görünən sarğı qana bulaşmışdı.
Xenfeld bir qədər üzgözünü büzüşdürüb zarıdıqdan sonra əlini Sarışına uzatdı.
İrəli keç, danış, deyə polkovnik ona tapşırdı. Qız alman kapitanının əlini ovcuna alıb, yanında əyləşdi.
Səlimxanov avtomatçılara işarə ilə getmələrini bildirdi. Onlar əyilə-əyilə xəndəkdən çıxıb uzaqlaşdılar. Vəziyyəti duyan şəfqət bacısı da bir qırağa çəkildi. Xenfeld qırıqqırıq danışmağa başladı
Cənab polkovniki başa sal ki, bu gün saat altıda sizə qarşı hücum başlayacaq… Onlar yeni qüvvə alıblar…
Sarışın, zabitin sözlərini Səlimxanova tərcümə eləmək istədi, lakin polkovnik «sonra» deyib Xenfeldi axıradək dinləməyi məsləhət gördü. Yaralı çətinliklə də olsa, Sarışın vasitəsilə polkovnikə çatdırdı ki, qarşıdakı alman diviziyasına iyirmi beş «Fendinant» və «Tiqr» tankları, iyi yüz əlli top, yetmiş «Vanyuşa», səkkiz yüzə qədər avtomatlı soldat köməyə gəlmişdir.
Kapitan yaranın ağrısında yerində qovrulurdu. O, özünə balaca toxtaq verib davam etdi
Mən bunu sizə bildirmək üçün gəldim… Namərdlər, məni vurdular… Ancaq tanımadılar… Dünən Drezdendən arvadımın da ölüm xəbərini aldım… Bu gün də özüm ölürəm… Qızcığazım evdə tək qaldı… Mən sizə qoşulmaq istədim, olmadı…
Sarışın ovcundakı əlin yavaşyavaş soyuduğunu hiss edirdi. Polkovnik, həyatla ölüm arasındakı körpüdən keçən alman zabitinin yanında hərəkətsiz dayanaraq nəzərlərini yerə dikmişdi.
Kapitan gözlərini geniş açdı. Ətrafındakılara diqqətlə baxdı. Sonra üzünü Bondarçuka çevirib, ehmalca hərəkət elədi, lakin səsi çıxmadı. Əli sürüşüb yanına düşdü, ayaqları dartındı, göz qapaqları ağırağır endi və daha tərpənmədi.
Sarışın məyus halda dikəldi. Polkovnik furajkasını çıxardı.
19.08.2026