Şeirlər

İlyas Tapdıq. Gültəmin saçı

Bir əmi
Götürüb qayçını,
Gültəmin
Qısaldıb saçını.

Başına aparır
Əlini,
Qız gəzir, axtarır
Telini.

Ağlayır: – Gətirin
Qayçını,
Yerinə bitirin
Saçımı!