Şeirlər

Bəxtiyar Vahabzadə. Bircə ayda

Qışdan çıxıb yaya düşdük,
Yaydan çıxıb qışa düş dük.
Biz küləkdən qanad alıb,
Fəsillərlə hey ötüşdük.


Bir ölkədə alça yedik,
Bir ölkədə biz çiyələk.
Bir şəhərdə palto geydik,
Bir ölkədə dümağ köynək.


Bircə ayda dörd fəsili
Yaşadıq biz.
İqlimləri birləşdirdi
Sürətimiz.