Əbdürrəhman Dai. Uşaq və quş
Uşaq:
Qaçma, dayan, gözəl quş,
Səsin gəlir mənə xoş.
Çox sevirəm mən səni,
Gəl et fərəhnak məni.
Gedək, qəfəs içrə mən
Verim sənə çoxlu dən.
Nəğmə oxu hər zaman,
Mən də olum şən, şadman.
Quş:
Doğru deyirsən, gözüm,
Bax, sənə var bir sözüm.
Sözlərimə as qulaq,
Mən səndən olam uzaq:
“Xoşlamıram mən səni,
Çün məktəbə getmirsən,
Elmi təhsil etmirsən.
Elmin yoxdur, avamsan,
Əl çək məndən, balam sən.
Elmsiz ilə heç kəs
Yoldaş olmaz, səsin kəs!”