Səyadulla Kərimli. Yağmurun kölgəsi
Əllərində oyuncaq
Həyətdə gəzdi Yağmur.
Arxasınca sürünən
Kölgədən bezdi Yağmur.
Yorulub, hirsli-hirsli
Soruşdu ki, ay ana,
Kimdi dalımca gəzən,
Məni başa salsana…
Anası gülüb dedi:
-Günəş sənə baş qoşub,
Tək darıxarsan deyə
Kölgəni yoldaş qoşub…