Nigar Rəfibəyli. Fərid
Fərid çox yerə gedir,
Fərid heç kimdən qaçmır.
Yatanda rahat yatır,
Vurub üstünü açmır.
Fərid dənizdə çimir,
Vaxtından qabaq yemir.
Dəcəl oğlan deyil o,
Hamı Fəridi sevir.
Top kimi oğlandır o,
Yıxılsa da, ağlamaz.
Qorxaq deyildir, ancaq,
Arıdan qorxur bir az.