Hikmət Ziya. Vətən
Mən atasız qalmışam,
İllər ovudub məni.
Mən anasız qalmışam,
Ellər ovudub məni.
Ancaq bir an, bircə an
Doğma vətənsiz olsam,
Torpağında bitdiyim
Çölsüz, çəmənsiz olsam,
Heç nə ovutmaz məni,
Heç nə soyutmaz məni-
Ya buz bağlar, donaram,
Ya alışıb yanaram!
21.07.2026