Zahid Xəlil. Anaların arzusu
Anaların sülh arzusu,
Sökülən dan, açan səhər.
Anaların arzusundan
Qanadlanır göyərçinlər.
Bir ananın təbəssümü,
Neçə topu yox eləyər.
Hərb başlasa düşməninə,
Kirpiyini ox eləyər.
Bir ananın gülüşündən
Milyon çiçək bitə bilər.
Bir ananın göz yaşında
Bütün dünya itə bilər.