Şeirlər

Ülvi Bünyadzadə. Vətən üçün ölməliyik!

Biz öz ömür sazımızda

"Dilqəmi" ni bilməliyik.

Leylimizin ürəyini

Məcnun kimi sevməliyik.

 

 

Bisütunu biz də yaraq,

Çənsiz Çənlibellər quraq.

Sazımızda ağlayaraq

Biz həyatda gülməliyik. 

 

 

 

 

Döyüşlərdə yoğrulmuşuq,

Gələcəyə qaranquşuq. 

Həyat üçün doğulmuşuq,

Vətən üçün ölməliyik!