Sevinc mahnısı
Söz: Zeynal Cabbarzadə
Musiqi: Tofiq Quliyev
Xalqımın günləri
Nə gözəl, necə şən keçir
Ən şirin arzular
Ürəyimdən keçir
Ah... Çala-çala bir zəfər
Hər nəfər yurdumuzda
Abad olur el-oba
Kənd-şəhər yurdumuzda
Yurdumda, yurdumda
Nəqərat
Aça-aça güllərimiz
Daşa-daşa sellərimiz
Yaşa-yaşa ellərimiz
Günlərimiz var
Var...
Gözəldir, a dostlar
Elimin toyu, bayramı
Bu azad mahnını
Qoy dinləsin hamı
Nəqərat
Aça-aça güllərimiz
Daşa-daşa sellərimiz
Yaşa-yaşa ellərimiz
Günlərimiz var
Var...