Şeirlər
Elman Həbib. Küləyin kələyi
Yolda, dağda günəş var
Dağ günündə atəş var.
Yolda, daşda külək var,
Bu küləkdə kələk var.
Aldadır bizi külək,
Bir az gözləyək görək.
Onun kələyi nədir,
Yoxsa о bəhanədir.
Qovdu buludu dağa,
Bulud tutdu günəşi,
Söndü dağın atəşi.
Yatdı dağın küləyi.
Elə buymuş kələyi.