Uğur Aydın. Mən bir əsgər olsam
Mən bir əsgər olsam,
Silahımı çəkərəm.
Düşmənimin üstünə
Şimşək kimi çaxaram.
Amma balacalıqdan
Topçuluqda gözüm var.
Vurduma kəc baxana,
Mərmi kimi sözüm var.
Dənizçi olsam əgər,
Gəmilərə minərəm.
Bir atəşlə düşməni
Dənizlərə gömərəm.
Olsam bir təyyarəçi,
Göylər mənə yurd olar.
Təyyarəylə yurdumuz
Təhlükədən qurtular.