Şeirlər

Mina Rəşid. Sənəmin sevinci

“Mağazaya gedirəm,
Siyahı tutmuşam mən”.
Alacağı nə varsa,
Şəklini çəkdi Sənəm.


İstədi ki, satıcı
Bu şəkilləri görsün.
Şəkillərə baxınca
Ona “Afərin!” desin.


“Nə gözəl şəkillərdi”, -
Satıcı oğlan dedi.
Aldığı şirnidən çox
Sənəm buna sevindi.