Mina Rəşid. Məktub
Anasına həmişə,
Minayə məktub yazır.
-Ana, mənə nağıl de,
Ana, məni yatızdır.
Qardaşından küsəndə,
Sözlərindən od saçır.
Atasına söz demir,
Məktubu verib qaçır.
Məktublarla unudur,
Ağlayıb-sızlamağı.
Atasına xoş gəlir,
Onun məktub yazmağı.