Mobil Quluzadə. Lalə
Göy çəməndə qızarır
Lalənin qızıl donu.
Elə bil qızıl günəş
Əlindən salıb onu.
Bu çəmənə gələnlər
Görür onun xalını.
—Sənə nə olub deyə
Xəbər alır halını.
Nə olsun ətri yoxdur,
Axı o da çiçəkdir,
Özü də çiçəklərin
Hamısından qəşəngdir.
Lalə qalıb ətirsiz.
Aylar, illər ötüşüb.
Bəlkə elə bununçun
Ürəyinə xal düşüb.
Niyə uçur bu quşlar,
Gəlib onu iyləmir.
Ürəyindən keçəni
Açıb ona söyləmir.