Musiqi

Canım mənim məmləkətim

 

Musiqi: Hüseyn Abdullayev

 

Söz: İsmayıl Dadaşov

İfa: Zülfiyyə Xanbabayeva

 

I bənd

Bu dünyanın bir adı var
Canım mənim, məmləkətim!
Günəş kimi daim yanar
Odlar yurdu, məhəbbətim!
Qoy ucalsın zirvələrə
O yenilməz bayrağımız!
Qayıdacaq bir gün yenə
Hər bir qarış torpağımız.


Nəqərat


Hər bir elin öz yeri var,
Mənim elim doğma diyar.
Gözəllikdə o bir bahar,
Gələcəyə işıq saçar.
“Azərbaycan”


II bənd


Öz sözü var, hörməti var
Ölkələrin arasında.
Belə gözəl, belə zəngin var
Dünyanın harasında?!
Vətənimin məğrur gücü,
Öz ürəyi, ilhamı var.
Xoş günlərə gedən yolda
Bir əbədi bayramı var.


Nəqərat


Qurban olum, Azərbaycan,
Bu müqəddəs torpağına!
Baxıb igid övladına
Qoy sevinsin hər bir ana!