Şeirlər

Yusif Həsənbəy. Təbiət dostlarıyıq

Təbiət dostlarını
Yarışa səsləyirik.
Meşədə hər yarpağa
Biz qayğı bəsləyirik,
Onu əzizləyirik.

 

Qırılmasın bir budaq,
Qurumasın bir ağac.
Qalmasın bala quşlar
Meşədə yemə möhtac.
Çoxalsın kəklik, turac.

 

Çiçəkləri, otları
Böcəklər zay etməsin.
Qoy dələlər, dovşanlar
Küsüb bizdən getməsin,
Meşəmizdən getməsin.