Əjdər Ağayev. Ana
Ana qədər sevimli,
Ana qədər mehriban,
Ana qədər saf, təmiz
Varmı görən bir insan.
Səslər məni,
Bəslər məni
Anam mənim.
Ana kainat demək,
Ana vətən deməkdir.
Odur böyüdən bizi-
O həmişə gərəkdir.
Səslər məni,
Bəslər məni
Anam mənim.