Şeirlər

Sahib Əliyev. Bahar gələndə

Gülə-gülə çıxar günəş
Bahar gələndə-gələndə.
Ürəklərə axar günəş
Bahar gələndə-gələndə.

 

Səmada ildırım çaxar,
Bulud gözlərini sıxar,
Göy yağışdan sırğa taxar
Bahar gələndə-gələndə.

 

 

 

Çöllər çiçək-çiçək olar,
Güllər ləçək-ləçək olar,
Dərələr də göyçək olar
Bahar gələndə-gələndə.