Ramil Əsgərov. Ana dilim
Ana dilim…
Könlümün şirin səsi
Min illərin yadigarı
Tariximin nəfəsi.
Ana dilim…
Əcdadımın ruhudur.
Layla, nəğməm, arzularım
Bu dildə canlanıbdır.
Şairlərin misraları
Bu dildə səslənibdir.
Ana kimi doğma, şirin
Ana dilim…
Qəlbimdə yer alıbdır.
Ana dilim – varlığım.
Ən müqəddəs bir nişan.