Şeirlər

Vaqif Kəhrizli. Dilim ölsə, mən də ölləm

Aylar ötür, il dəyişir,
Geden geri dönən deyil.
Laçın könlüm pərvaz edir,
Səmasından enən deyil.

 

Bir dağam ki, göydə başım,
Çox qədimdir mənim yaşım.
Alovlansa bircə daşım,
Milyon illər sönən deyil.

 

Azərbaycan - mənim elim,
Azərbaycan - mənim dilim
Doğransa da dilim dilim
Başqa dilə çönən deyil.

 

Həm Arazam, həm də Kürəm,
Axıb Xəzərə tökülləm.
Dilim ölsə, mən də ölləm
Ana dilim ölən deyil.