Şeirlər

Sevda Məmmədova. Azəri dilim

Ay mənim ana dilim,
Mənim azəri dilim.
Dillərin ən rəvanı,
Nə gözəlsən, ay dilim.

 

Bu eldə göz açmışam
Boya, başa çatmışam
Ana, vətən kəlməsi,
Bu dildə anlamışam.

 

Ay mənim ana dilim,
Mənim azəri dilim.
Dillərin ən rəvanı,
Nə gözəlsən, a dilim.