Şeirlər

Mirmehdi Seyidzadə. Saat

Saatımız gündüz, gecə
Çık-çık, çık-çık işlədikcə,
Hər anı, hər dəqiqəni
Öyrənirik görün necə…

 

Bu saatı atam qurur,
Cin-cinq, cinq-cinq… o zəng vurur.
Səhər tezdən zəng səsilə
Yuxusundan hamı durur.

 

Öz işinə gedir atam,
Mən bağçaya yollanıram.
Bacım gedir məktəbinə,
Ev işləri görür anam.