Şeirlər

Mina Rəşid. Zəngilan

Sərin bulaqların, geniş çöllərin,
Meyvəli bağların sayı yox burda.
Adı üzərində - Qızıl Zəngilan,
Sənintək bir diyar hardadır, harda?
Dillər əzbəridir xan çinarların
Dünyayla bir edib sənin adını.
Daha nə dərdim var, nə də ki, qəmim.
Yaşasın, var olsun şanlı ordumu.
Ağalıya köçdüm, dogma elimə,
Qoynunda yenidən od-ocaq qurdum.
Dünənim, bu günüm, sabahım mənim,
Ey Şəhri-Şərifan, möcüzə yurdum.
Yaşasın Müzəffər Sərkərdəmizi,
Sən şəhid qanısan, qazi nəfəsi.
Qoynunda elə bir busat qurulub
Qəlbimdə çağladı gənclik həvəsi.