
Bilik qartopu kimi yuvarlandıqca böyüyüyr. L.Sidney
***
Öyrənmək axan suya qarşı üzməyə oxşayır, irəliləməsəniz, geriləyərsiniz. Çin atalar sözü
***
Müasir dünyada kralların da qüdrəti bilikdədir. Antoni Robbins
***
Bilik bir işıq kimidir, ondan istifadə edilərsə, daha da parlaq olar, edilməzsə, sönər. Aleksandr Everest
***
Biliyin ağası olmaq üçün çalışmanın qulu olmaq şərtdir. Balzak
***
Elm elm bilməkdir,
Elm özünü bilməkdir,
Sən özünü bilməzsənsə,
Bu necə oxumaqdır?! Yunus Əmrə
***
Bəzi kitabları dadmaq, bəzilərini elə-belə udmaq olar, amma az miqdarda kitabı yaxşı çeynəmək və həzm etmək lazımdır. F.Bekon
***
Nəyi isə oxuyan adam heç bir şey oxumayan adamdan xeyli yüksəkdə durur. V.Q.Belinski
***
Yaşayaraq əldə edilən bilik daş üzərinə həkk edilmiş yazı kimidir. T.Karlayl
***
Boş bir baş şeytanın iş otağıdır. S.Smayls
***
Bilik yaxşı vaxtlarda sərvət, pis zamanlarda bir sığınaq və yaxşı bir bələdçidir. Aristotel
***
Bilgi pula bənzəyir, qazandıqca vərdişə çevrilir, ancaq bu yaxşı bir vərdişdir. Bernard Şou
***
Xoşbəxtlik bilik ilə əldə edilər. Doğru düşüncə bilikdir. Əflatun (Platon)
***
Yaxşı bir ağla sahib olmaq kafi deyildir. Önəmli olan ağlı yaxşı istifadə etməkdir. Rene Dekart
***
İnsanın cahilliyi haqda xəbərsiz olması daha təhlükəlidir, daha qorxuncdur. Seynt Jerami
***
Bilikli adamın bir günü nadan adamın bütün ömrünə bərabərdir. Ərəb atalar sözü
***
Nə qədər yaşayırsan, öyrən, gözləmə ki, qocalıq gələndə sənə kamal gətirəcək. Solon
15.09.2025