Bu maraqlıdır!

Afrikanın çətir quşu: Qara vağ

Qara vağ (lat.Egretta ardesiaca) - leyləklər fəsiləsinin Vağ cinsinə aid quş növüdür. Afrika torpaqlarında (Konqo və Kalahari Çölünün ətrafındakı ərazidən başqa), həmçinin Madaqaskar adasında yayılmışdır.

Quşlar bol sulu və ya mövsümi su anbarlarının ətrafında balıq, xərçəngkimilər və su həşəratlarını tutaraq yaşayırlar. 


Yemək vaxtı gəldikdə, qara vağ olduqca hiyləgər bir hiylə istifadə edir: başını qanadları ilə örtərək açıq "çətir" ə bənzər dəyirmi günbəz əmələ gətirir. Bu zaman balıq əmələ gəlmiş kölgəyə meyl edir və şikara çevrilir. Balığı görən quş, uzun dimdiyi ilə şikarını deşir və bütöv bir şəkildə udur. Eyni şəkildə qurbağalar və xərçəngkimilər üzərində ovlanır.


"Çadırla qidalanma" kimi tanınan davranış, aydın şəkildə ilk dəfə İngilis videoqrafı Pol Uitli tərəfindən Qərbi Afrikanın Qambiya şəhərinə etdiyi səfər zamanı lentə alınmışdır.


Çətir quşunun bədən uzunluğu: 42-66 sm, qanadları isə 95 santimetrə çatır. Yetkin quşların lələkləri - mavi-qara, dikdiyi – qara, ayaqları qara, pəncəsi isə - narıncı-sarı rəngdədir (cütləşmə dövründə parlaq qırmızı rəngə çevrilir). Oturaq quşdur, bəzən daxildə yem bol olan sulu ərazilərə köç edər. 


Yem axtarışında quşlar tək, və ya 5 – 50 fərd olmaqla sürü şəklində iştirak edərlər. Hətta, Madaqaskarda, Benamba çayı üzərində 250 fərddən ibarət sürü qeydə alınmışdır. Gündüzlər, bəzi hallarda gün batanda ov edirlər. Gecələr isə ağacın budaqlarına düzülərək dincəlirlər.


Cütləşmə mövsümü yağışlı mövsümün başlaması ilə başlayır. Çütləşmədən sonra cütlər budaq toplayaraq ağacın, kolun və ya qamışın üzərində, bir-altı metr hündürlükdə, suya yaxın ərazidə yuva qurarlar.


Dişi quş 4-5 ədəd yumurta yumurtlayır. İnkubasiya müddəti 18-30 gündür.