Soğan niyə insanı ağladır?
Hələ qədim zamanlardan soğan ərzaq kimi istifadə edilir. Hamı bilir ki, soğan doğrayarkən insanın gözləri yaşarır. Sən demə, soğandakı kükürd tərkibli yağ tərəvəzə kəskin qoxu verməklə yanaşı, həm də gözləri qıcıqlandırır. Qıcıqlandırıcının təsirini azaltmaq üçün də gözlər acışır və sulanır. Soğana nisbətən yaxın olan tərəvəzlər kəskin qoxulu sarımsaq və yumşaq ətrə və dada malik kəvərdir.
24.07.2013